Mötəzz Abbasinin ölümü
Mötəzz Abbasinin ölümü
Hicrətin 255-ci ili bu gün Mötəzz cəhənnəmə vasil olub. Adı Zübeyr və ya Məhəmməddir. Ondan sonra əmisi oğlu Müstəin xilafətə çatıb. Mötəzzin ən böyük cinayətlərindən biri İmam Hadini (ə) şəhid etməsidir. O, qorxurdu ki, Həzrət (ə) ona qarşı qiyam edər. Buna görə də İmamı zəhərləyib şəhadətə çatdırdı.
Hicrətin 255-ci ili məbəs günü Saleh ibn Vəsifin sərkərdəliyi altında bir qrup insan Mötəzzi əhatəyə alıb onu danlayaraq mal istədilər. Onu hücrədən çıxarıb isti günəşin altında ayaq üstə saxladılar. Mötəzz havanın istisindən ayaq üstə dayana bilmirdi. O qədər döydülər ki, rəcəb ayının 27-də özünü xilafətdən uzaqlaşdırdı. Sonra ona üç gün su və yemək vermədikləri üçün öldü. Başqa mənbəyə əsasən ona qaynar su ilə əziyyət verirdilər.
Bəzi tarixcilər yazır: «Beş gün Mötəzzi istidə susuz və yeməksiz saxladılar, axırıncı gün duzlu və ya qar suyu içirtdilər. Bu, onun ölümünə səbəb oldu».




