Vəfat Hicri-qəməri: 14 Rəcəb Miladi: ;

Mötəmid Abbasinin ölümü

Mötəmid Abbasinin ölümü

Hicrətin 279-cu ili Rəcəb ayının 14-də Mötəmid ləqəbi ilə tanınan Əhməd ibn Mütəvəkkil cəhənnəmə vasil olub. O, bir çayın kənarında eyş-işrət məclisi qurub çoxlu şərab içmişdi. Qardaşı oğlu həmin vaxt onun şərabına zəhər qatdı. Bundan bir az sonra o, zəhərlənib dünyadan köçdü.[1] Başqa bir rəvayətə əsasən o, rəcəbin 18-də cəhənnəmə vasil olub.[2]

Mötəmid 23 illik xilafəti dövründə eyş-işrətli həyat keçirdiyi üçün məmləkətin işlərini qardaşı Əhmədə tapşırmışdı. Ondan sonra Mötəzid əmisi Mötəmidi öldürüb özü xilafəti ələ keçirdi.

Mötəmidin ən böyük cinayətlərindən biri, İmam Həsən Əskərini (ə) zəhərləməsidir. Səduq öz kitabında yazır: "Mötəmid bir neçə dəfə İmam Həsən Əskərini (ə) həbs edib."

Mənbələr

[1] Zəbihullah Məhəllati – Qəlaidun-nehvər, Rəcəb cildi, səh 142

[2] Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 360

Teqlər