Vəfat Hicri-qəməri: 1 Ramazan Miladi:

Mərvanın ölümü

Mərvanın ölümü

Hicrətin 65-ci ili bu gün Mərvan ibn Həkəm 81 yaşında Dəməşqdə cəhənnəmə vasil olub. Onun xilafətlik dövrü 9 ay sürüb.[4]

Mərvan Həkəm ibn Əbil Asın oğlu idi. Onun atası Peyğəmbər (s) tərəfindən lənətlənmişdi. Hətta bir gün Aişə Mərvana dedi: -Şəhadət verirəm ki, sən atanın sülbündə olanda Peyğəmbər (s) onu lənətləyib. Mərvan Allahla, Peyğəmbərlə (s), Əhlibeytlə (ə), xüsusən Həzrət Əmirəl-mömininlə (ə) adavətini Osmanın zamanından axırıncı günlərinə kimi davam etdirdi. Osman Peyğəmbərin (s) əmrinin xilafına olaraq onu və atası Həkəmi Taifdən Mədinəyə qaytardı və Fədəki Mərvana tapşırdı, onu özünün vəziri və katibi seçdi.

O, Osmanın xilafəti dövründə fitnələr yaratdı. Cəməl müharibəsində oxla Təlhəni öldürdü, əsir olduqdan sonra Həsən və Hüseyni (ə) şəfi qərar verdikdə Həzrət Əli (ə) onu buraxdı. Bu zaman Həzrətə dedilər: «Ondan beyət al».

Əli (ə) buyurdu: «Həqiqətən onun əli yəhudi əlidir. Yəhudilər hiyləgərlikdə məşhurdurlar».

Mərvan Müaviyə ilə birləşdikdən sonra hansı şəhərin hakimliyi ona verilirdisə, Əmirəl-mömininə (ə) nalayiq sözlər deyirdi.

O, Yezidin ölümündən sonra onun yerinə keçdi Yezidin arvadını alıb 9 ay xəlifə oldu. Bir dəfə Yezidin arvadı onun yeməyinə zəhər tökdü və Mərvan lal oldu. Sonra kənizlərlə bərabər onun ağzına mütəkkə qoyub onu boğdu və mübarək ramazan ayının 1-də Mərvan cəhənnəmə vasil oldu.[5]

Mənbələr

[4] Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 83, Əllamə Məclisi - Biharul-ənvar, c 45, səh 385

[5] Əbülfəzl Tehrani - Şifaus-sudur fi şəhri ziyarəti Aşura, c 1, səh 323, Mühəddis Qumi - Tətimmətul-müntəha səh 78-84

Teqlər