Mərvanın ölümü
Mərvanın ölümü
Hicrətin 133-cü ili bu gün Mərvan ibn Məhəmməd ibn Mərvan ibn Həkəm (Mərvan Himar kimi tanınıb) Bəni Üməyyənin sonuncu xəlifəsi öldürüldü və Bəni Üməyyənin 1000 aylıq hakimiyyəti başa çatdı.[1]
Səffahın rəhbərliyi ilə Bəni Abbasın qiyamından sonra Abdullah ibn Əli öz əmisini Mərvanla döyüşmək üçün göndərdi. Mərvan Misirə qaçmışdı. Yol boyu Bəni Üməyyədən kimi görürdülərsə, öldürürdülər. Onlar Ərdən çayının kənarında çoxlu camaatı öldürdülər və onların üstünə süfrə salıb yemək yedilər.
Səffahın əmisi Abdullah dedi: «Nə etsək, Hüseyn ibn Əlinin (ə) şəhadət günü əvəzlənməyəcək».
Oradan bir dəstəni Amir ibn İsmail ilə Mərvanın şərrini yox etmək üçün göndərdi. Mərvanın başını kilsədə kəsdilər. Sonra onun arvad-uşağını əsir edib Səffahın yanına göndərdilər.
Bəziləri bu hadisənin zilhiccə ayının 21-də baş verdiyini nəql ediblər.[2]
Mənbələr
[1] Mühəddis Qumi - Feyzul-əlam, səh 131, Əllamə Məclisi - Zadul-məad, səh 304, Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 146
[2] Zəbihullah Məhəllati - Qəlaidun- nehvər, Zilhiccə cildi, səh 413




