Məkkənin fəthi
Məkkənin fəthi
Hicrətin 8-ci ili Məkkə fəth olundu. Bu böyük fəthdə müsəlmanların sayı 12 min nəfər idi. Nəticədə 2 nəfər şəhid oldu. Onların şəhid olmasına səbəb qoşundan ayrılıb Məkkəyə başqa istiqamətdən şəhərə daxil olmaları idi.[1]
Bu gün Əmirəl-möminin (ə) Peyğəmbərin (s) əmrinə əsasən Kəbədəki bütləri sındırmaq üçün ayağını Peyğəmbərin (s) ciyninə qoydu.[2]
Məclisi Təbəridən nəql edir: Peyğəmbər Məkkəyə tərəf hərəkət etmək fikrinə düşdükdə. Ömərə buyurdu: «Məkkəyə gedib Qüreyşin böyüklərini xəbərdar et.»
Ömər dedi: «Mən Qüreyşin böyüklərindən canım üçün qorxuram!»[3]
Müsəlmanlar Məkkəyə daxil olduqda şüar səsləndirirdilər: «Bu gün hər şeyə görə hesab veriləcək.»
Peyğəmbər (s) buyurdu: «Şüarı dəyişdirin və deyin: «Bu gün rəhmət günüdür.»»
Sonra buyurdu: «Əbu Süfyan və evi amandadır. Hər kim onun evinə getsə, amandadır. Həbar isə əgər Kəbənin parçasına yapışıb dayansa da onu öldürün!»
Həbarla belə pis rəftar olmasının səbəbi bu idi ki, Qüreyş kafirləri ilə müharibələrin birində bir qrup əsir götürmüşdülər. Əsirlərin içində Peyğəmbərin (s) qızı Zeynəbin (ə) həyat yoldaşı da var idi.
Bu zaman Həzrət (s) buyurdu: «Hər kim fidyə göndərsə, onu azad edəcəyik.»
Məkkədən göndərilən fidyələr arasında Həzrət Xədicənin (ə) boyunbağısı gözə dəyirdi. Onu qızı Zeynəbə (ə) vermişdi. Peyğəmbər (s) boyunbağını görən kimi Xədicəni (ə) xatırladı və ağladı, müsəlmanlardan istədi ki, Xədicənin (ə) yadigarı olan fidyəni ona bağışlasınlar. Onlar Peyğəmbərin (s) istəyini qəbul etdilər. Sonra belə qərara alındı ki, əsirlər azad olunsun.
Mənbələr
[1] Şeyx Müfid - Məsaruş-şiə, səh 9, Əli ibni Yusif ibni Mütəhhər Hilli - Əl-ədədul-qəviyyə, səh 218, Şeyx Kəfəmi - Əl-Misbah, c 2, Əllamə Məclisi - Biharul-ənvar, c 20 , səh 11, c 21, səh 143, c 97, səh 168, Sireyi ibn Hişam, c 4, səh 80, Feyz Kaşani - Təqvimul möhsinin, səh 12
[2] Şeyx Bəhauddin Amuli - Tovzihul-məqasid, səh 19, Şeyx Kəfəmi - Əl-Misbah, c 2, Əllamə Məclisi - Biharul-ənvar, c 97, səh 384, Mühəddis Qumi - Feyzul-əlam, səh 42
[3] Əllamə Məclisi - Biharul-ənvar, c 35, səh 287




