Vəfat Hicri-qəməri: 29 Məhərrəm Miladi:

Mariyə Qibtiyyənin vəfatı

Mariyə Qibtiyyənin vəfatı

Hicrətin 15-ci ilində (hicri 16) məhərrəm ayında Mariyə Qibtiyyə vəfat edib.[3] Mariyə Şəmun Qibtinin qızı idi. O, hicrətin 7-ci ilində bacısı Şirin, qardaşı Xacə Mapurla birlikdə İsgəndər padşahın tərəfindən min misqal qızıl, iyirmi ipək libas, Yəfur adlı ulaq və Düldül adlı qatırı Allahın Rəsuluna (s) hədiyyə gətirdi.

Peyğəmbər (s) Mariyəni aldı. «Aliyə» məhəlləsində (o yerə «Məşrəbeye-Ümmi İbrahim» də deyirdilər) onun üçün ev hazırladı. Allah (ə) bu qadından Peyğəmbərə (s) cənab İbrahimi bəxş etdi.

Həzrət Əmirəl-möminin Əli (ə) İbrahimin (ə) dünyaya gəlməsinə çox sevinir və onlara xidmət edirdi. Elə buna görə də Aişə Həzrət Əlinin (ə) bu hərəkətinə görə çox narahat idi.[4] Aişədən nəql olunur: «Mən Mariyəyə həsəd aparırdım, çünki, çox gözəl qadın idi».[5] Nəhayət bu həsəd Aişənin Mariyəyə töhmət vurmasına səbəb oldu. Sonra Aişənin bu işini pisləyən ayə nazil oldu. Bu barədə şiə və sünni təfsirlərində geniş açıqlama verilib. Cənab Mariyə Peyğəmbərdən (s) sonra Mədinədə dünyadan köçdü.

Mənbələr

[3] Zəbihullah Məhəllati – Rəyahinuş-şəriə, c 2, səh 342, İbn Kəsir – Əl-bidayə vən-nihayə, c 5, səh 326

[4] İbn Əbil Hədid – Şəhri Nəhcül Bəlağə, c 9, səh 195

[5] Zəbihullah Məhəllati – Rəyahinuş-şəriə, c 2, səh 342, İbn Səd Əba Əbdillah Bəsri – Ət-təbəqatul-kubra, c 8, səh 213, Əl-İsabə, səh 311

Teqlər