Digər Hicri-qəməri: 1 Rəbiül-əvvəl Miladi:

Leylətul-Məbit

Leylətul-Məbit

Bu gecə Peyğəmbər (s) kafirlərin şərrindən amanda qalmaq üçün Məkkədən Mədinəyə hicrət etdi. Həmin gecə Əmirəlmöminin (ə) fədakarlıq göstərərək İslam Peyğəmbərinin (s) yerində yatdı.[10] Bu münasibətlə mübarək ayə nazil oldu: “İnsanlardan elələri var ki, Allahın razılığı yolunda canını satır. Allah bəndələrinə qarşı mehribandır”[11]. Qeyd etdiyimiz ayə Əli İbn Əbu Talibin şənində nazil olub.

Həzrət Əli (ə) peyğəmbərin (s) yerində yatdığı gecə Cəbrail (ə) və Mikayıla (ə) xitab olundu: -Mən sizin arasında qardaşlıq qərar verdim. Birinizin ömrünü digərindən uzun etdim. Sizlərdən hansınız razısınız ki, öz ömrünüzü qardaşınıza verə siz? Hər ikisi uzun ömrü istədi.

Xitab yetişdi: -Yerə baxın və görün ki, Əli (ə) necə öz həyatını qardaşı Peyğəmbərə (s) fəda edir və onun yerində yatır. Yerə enib onu düşmənlərdən qoruyun.

Onlar yerə endilər. Cəbrail Həzrət Əlinin (ə) başı üstündə, Mikayıl (ə) isə ayaqlarının sağ tərəfində dayandı və nida etdi: -Allah mələklər içində səninlə fəxr etdi. Burada Bəqərə surəsinin 207-ci ayəsi nazil oldu.[12]

Mənbələr

[10] Zəbihullah Məhəllati – Qəlaidun- nehvər, Rəbiul əvvəl cildi, səh 8, Şeyx Müfid – Məsaruş-şiə, səh 37, Mühəddis Qumi - Feyzul-əlam, səh 201, Əllamə Məclisi - Zadul-məad, səh 332, Əllamə Məclisi – Biharul-ənvar, c 97, səh 168, Şeyx Kəfəmi – Əl-Misbah, c 2

[11] Bəqərə surəsi, 207-ci ayə

[12] Əllamə Məclisi – Biharul-ənvar, c 19, səh 39

Teqlər