Kərbəla şami-qəribanı — 11 Məhərrəm gecəsi
Kərbəla şami-qəribanı
Bu gecə Peyğəmbər (s) ailəsinin şəhidlər ağasının şəhadətindən sonra ilk əza və matəm gecəsi idi. Qaranlıqdan artıq olan bir gecə! Elə bir gecə ki, can yandıran və acılı. İmam Hüseynin (ə) ailəsi üçün bu anlar çətin keçdi.
Görəsən Həzrətin (ə) yaxınlarının o gecədəki əziyyət, ağrı və narahatçılıqlarını bəyan edərək təsəvvür etmək mümkündür? Görəsən bir nəfər dərk edir ki, İmam Zamanın (ə.f) bibisinin qan ağlayan gözləri və Əhlibeyti nə qədər, necə o Həzrətə (ə) ağlayıblar? Kim o əzizlərin yandırdığı nalə və ahı təsəvvür edib açıqlaya bilər?
Hansı dildə, neçə sözlərlə sınmış ürəkləri, yaralı qəlbləri, nəbəvi və ələvi gülüstanın qırılmış qanadlı bülbüllərinin nalələrini, Hüseyni (ə) qadınların və yetimlərin yanıqlı ürəklərini açıqlamaq olar?
Şami-qəribandır! Yetim uşaqlar dünən atalı idi, başcısız qalmış qadınlar dünən başçılarını itiriblər. Görəsən bu gecə ürəyi dağlı və yanğılı sərvərləri Əba Abdillahsız (ə) nə edirlər?
Bu iki gecənin arasında nə qədər fərq var? Aşura gecəsi və on birinci gecə? Dünən neçə qorucuyuları var idi? Dünən necə xeymələri qorunurdu? Dünən xeymələrdə kimlər var idi? Amma bu gün onların mübarək bədənləri başsız yerə sərilib! O gecə kim Ələvilər və Fatimilərin başcılığını öz öhdəsinə aldı?
Zeynəbi-Kubranın (ə) o gecə halı necə idi? Bir tərəfdən Allahın hüccəti olan Zeynəl Abidini (ə), qardaşı yoldaşlarını, yetimləri qorumaq, digər tərəfdən isə itkin düşmüş qızların axtarışı!!!
Bütün bunlar elə bir torpaqda baş verirdi ki, qardaşının və əzizlərinin bədənləri o vəziyyətdə yerdə qalmışdı.
Ah necə gecə idi o gecə. Əmirəl-möminin Əlinin (ə) qızının halı necə idi? «Səlamun əla qəlbi Zeynəbis-səbur və lisanihiş-şəkur.»[1]
Mənbələr
[1] Xanım Zeynəbin (ə) ziyarətnaməsindən




