Mövlud Hicri-qəməri: 5 Şəban Miladi:

İmam Zeynəlabidinin (ə) viladəti

İmam Zeynəlabidinin (ə) viladəti

Hicrətin 38-ci ili bu gün səcdə edənlərin ağası İmam Zeynəlabidin Əli ibn Hüseyn (ə) dünyaya göz açıb.[1] O, şənbə günü Həzrət Zəhranın (ə) evində dünyaya gəlib.[2]

Adı Əli, məşhur ləqəbləri isə Zeynəlabidin və Səccaddır.[3] Atası şəhidlər ağası İmam Hüseyn (ə), anası Şəhrəbanudur. İmam Səccad (ə) ömrünün iki ilini babası Əmirəl-mömininlə (ə) keçirib. Qalan ömrü əmisi İmam Həsən (ə) və atası İmam Hüseynlə (ə) keçib. Can yandırıcı Kərbəla hadisəsində atasının, qardaşının, əmisinin və səhabələrin şəhadətinə şahid olub. Bibisi Zeynəbi Kubra (ə) və digər əsirlərlə birlikdə Kufə və Şam şəhərinə gedib. Kufədə və Şamda ona və Əhlibeytə çox zülm veriblər.

O zaman İmam Səccad (ə) nurani xütbələr oxumaqla imaməti və Əhlibeytin (ə) ismətini müdafiə etdi. Yezidin (l) sarayında imamət ailəsindən bir neçə nəfərlə bərabər bağlı halda üzünü Yezidə (l) çevirib buyurdu: «Ey Yezid (l), Peyğəmbərin (s) sənə nə deyəcəyini güman edirsən, əgər o həzrət bizi belə bağlı halda görərsə»?[4]

Onun viladəti ilə əlaqədar müxtəlif rəvayətlər mövcuddur: rəbiul əvvəl ayının 8-i, cəmadil əvvəlin ayının 15-i,[5] cəmadis sani ayının 15-i, rəcəb ayının 5-i, və ya 11-i, şəban ayının 7-i, 9-u,[6] ya da 15-i, mübarək ramazan ayının 5-i.[7]

Həmçinin onun bazar günü, çərşənbə axşamı, cümə axşamı və ya cümə günü dünyaya gəlməsi barədə də müxtəlif nəzərlər var.[8] Viladətin hansı ildə baş verməsində də bir neçə rəvayət var. Mövludun hicrətin 36-cı, 37-ci və ya 38-ci ili baş verdiyi nəql olunur.[9]

Mənbələr

[1] Əbil Həsən İrbili - Kəşful-ğəmmə, c 2, səh 74, Şeyx Bəhauddin Amuli - Tovzihul-məqasid, səh 20

[2] Qazi Nurullah Huseyni Tüstəri - Ehqaqul-Həqq, c 19, səh 439

[3] Şeyx Mufid - Məsaruş-şiə, səh 34, Şeyx Kuleyni - c 1, səh 468

[4] Sibt ibn Covzi - Təzkirətul-xəvass, səh 149

[5] Şeyx Mufid - Məsaruş-şiə, səh 31

[6] Mühəddis Qumi - Feyzul-əlam, səh 341

[7] Ehqaqul-həqq (şəhri), c 19, səh 439, Zəbihullah Məhəllati - Qəlaidun- nehvər, Şəban cildi, səh 388-389

[8] Zəbihullah Məhəllati - Qəlaidun- nehvər, Şəban cildi, səh 388-389

[9] Zəbihullah Məhəllati - Qəlaidun- nehvər, Şəban cildi, səh 388-389

Teqlər