Şəhadət Hicri-qəməri: 25 Məhərrəm Miladi:

İmam Səccadın (ə) şəhadəti

İmam Səccadın (ə) şəhadəti

Məşhur hədisə əsasən hicri tarixi ilə 94[1] və ya 95-ci[2] ildə İmam Səccad (ə) 57 yaşında Vəlid ibn Əbdül Məlik və ya Hişamın verdiyi zəhərdən şəhadətə çatdı. İmam (ə) şəhadətə çatan zaman Kərbəla hadisəsindən 34 və ya 35 il keçirdi. Bu illər ərzində atası, əmisi, qardaşların şəhadətinə, bibilərinin və bacılarının əsirliklərinə ağlayırdı.

İmam Baqir (ə) ona qüsl verərək Bəqi qəbristanlığında məzlum əmisinin yanında, İmam Həsənin (ə) qəbrinin kənarında dəfn etdi. İmam Səccadın (ə) şəhid olduqu ildə çoxlu fəqihlər və alimlər öldüyü üçün həmin ili «sənətul-füqəha» adlandırdılar.

O Həzrətin (ə) şəhadəti ilə əlaqədar başqa rəylər də qeyd olunub. Onlardan bəzisi Həzrətin (ə) şəhadətini məhərrəm ayının 12-də, 18-də, 19-da və səfər ayının 2-də baş verdiyini bildirir.[3]

Mənbələr

[1] Şeyx Müfid – Məsaruş-şiə, səh 26, Zəbihullah Məhəllati – Qəlaidun- nehvər, Məhərrəm və səfər cildi, səh 315, Əli ibni Yusif ibni Mütəhhər Hilli - Əl-ədədul-qəviyyə, səh 315, Əllamə Məclisi - Zadul-məad, səh 328, Şeyx Tusi - Misbahul-mütəhəccid, səh 729, Mühəddis Qumi - Feyzul-əlam, səh 165, Əllamə Məclisi – Biharul-ənvar, c 56, səh 199

[2] Şeyx Kuleyni – Əl-Kafi, c 2, səh 491

[3] Mühəddis Qumi - Müntəhal-amal, c 2, səh 37, Məhəmməd Baqir Məlbubi – Əl-vəqayə vəl-həvadis, c 4, səh 287, Əllamə Əli Nəmazi Şəhrudi – Mustədrəku səfinətil-bihar, c 5, səh 218

Teqlər