İmam Sadiqin (ə) şəhadəti
İmam Sadiqin (ə) şəhadəti
Hicrətin 148-ci ili bu gün İmam Sadiq (ə) şəhadətə çatıb.[1] Digər rəvayətlərdə bildirilir ki, o Həzrət (ə) rəcəb ayının 15-də və ya şəvval ayının 15-də dünyadan köçüb.[2]
Mənsur zəhərlənmiş üzümü Həzrət İmam Sadiqə (ə) vermişdi, bu da İmamın (ə) şəhadətə çatmasına səbəb oldu.[3] İmam Sadiq (ə) 65 il ömür sürüb, imamətlik dövrü isə 34 il olub. İmamın imamətlik dövrü 7 nəfər qəsbkar xəlifənin xilafət zamanına təsadüf edib. Onlar aşağıdakılardan ibarətdir: Hişam ibn Əbdül Məlik, Vəlid ibn Yezid ibn Əbdül Məlik, Yezid ibn Vəlid, İbrahim ibn Vəlid, Mərvan Həmmar, Bəni Abbasilərdən isə Səffah və Mənsur Dəvaniqi.
İmam Sadiqin (ə) 7 oğlu, 3 qızı olub: Həzrət Musa ibn Cəfər (ə), İsmail, Abdullah, Məhəmməd Dibac, İshaq, Əli (o, Qumda dəfn olunub), Abbas, Ümmi Fərvə, Əsma, Fatimə.[4]
Mənbələr
[1] Zəbihullah Məhəllati - Qəlaidun- nehvər, Şəvval cildi, səh 139, Təbərsi - Elamul-vəra, c 1, səh 514, Xatun Abidi - Cənnatul-xulud, səh 27, Əllamə Əli Nəmazi Şəhrudi - Mustədrəku səfinətil-bihar, c 6, səh 66, Şeyx Kuleyni - Əl-Kafi, c 2, səh 377, Şeyx Müfid - Əl-irşad, c 2, səh 180
[2] Şəhri Əhqaqul-Həqq, c 28, 507
[3] Əbi Cəfər ibn Şəhraşub - Mənaqibi ali Əbu Talib (ə), c 4, səh 280
[4] Əbi Cəfər ibn Şəhraşub - Mənaqibi ali Əbu Talib (ə), c 4, səh 280




