Mövlud Hicri-qəməri: 17 Rəbiül-əvvəl Miladi:

İmam Sadiqin (ə) mövludu

İmam Sadiqin (ə) mövludu

Hicrətin 83-cü ili rəbiul əvvəl ayının 17-də İmam Cəfər Sadiq (ə) Mədinə şəhərində dünyaya gəlib.[10]

O Həzrətin (ə) mübarək adı Cəfər, künyəsi Əbu Abdullah, ləqəbi isə Sadiqdir. Atası İmam Məhəmməd Baqir (ə), anası isə cənab Ümmü Fərvədir.

İmam Sadiq (ə) onun barəsində buyurub: «Anam imanlı, xeyirxah və pəhrizkar qadınlardan idi».[11]

İmam Sadiqin (ə) 7 oğlu, üç qızı olub. Oğlanları: İmam Musa Kazim (ə), İsmail, Əbdullah, Məhəmməd Dibac, İshaq, Əli Ürəyzi, Abbas. Qızları: Ümmi Fərvə, Əsma, Fatimə.[12]

Həzrətin (ə) mübarək simasını belə təsvir edirlər; orta boylu, ağ bədənli, qara saçlı və yanağında qara bir xal.[13]

Mənbələr

[10] Təbərsi – Elamul-vəra, c 1, səh 514, Şeyx Müfid - Əl-irşad, c 2, səh 179, İbn Əbis-səlc Bağdadi – Tarixul-əimmə (ə), səh 10, Şeyx Müfid – Məsaruş-şiə, səh 30, Şeyx Bəhauddin Amuli – Tovzihul-məqasid, səh 9, Əllamə Məclisi – Biharul-ənvar, c 95, səh 194

[11] Şeyx Kuleyni – Əl-Kafi, c 1, səh 472

[12] Xarəzmi – Əl-mənaqib, c 4, səh 280

[13] Mühəddis Qumi - Müntəhal-amal, c 2, səh 121

Teqlər