İmam Rzanın (ə) şəhadəti
İmam Rzanın (ə) şəhadəti
Hicrətin 203-cü ilində səkkizinci İmam Əli ibn Musa Rza (ə) ən dəqiq rəvayətə əsasən Həzrət Məsumənin (ə) vəfatından iki il sonra şəhadətə çatıb.[1] Həzrət (ə) şəhid olanda 49 və ya 55 yaşında olub.[2]
Bir rəvayətə əsasən İmam Rza (ə) səfər ayının 27-də şəhadətə çatıb.[3] Amma məşhur rəvayətdə o Həzrətin (ə) şəhadətinin səfər ayının sonunda baş verdiyi bildirilir. Səfər ayının 28-də Məmun üzüm və ya nar suyunu zəhərləyib məcburi surətdə İmam Rzaya (ə) içirdib.[4]
Məmunun İmam Rzaya (ə) verdiyi əziyyətlər.
Məmun İmama (ə) çox əziyyətlər verirdi. Hətta Həzrəti (ə) üç ay Sərəxsdə zindanda saxlamışdı.[5] Vəliəhdlikdən sonra, o Həzrətin (ə) ilk çətinliyi Məmunla olan münasibəti idi. O, zahirdə Həzrətin (ə) ehtiramını saxlamağa çalışırdı. Amma batinində Allahın hüccətinə əziyyət verərək öldürməyə razı idi.
Həzrətin (ə) zəhərlənməsi.
Xidmətçi Yasir deyir: «Hər cümə İmam Rza (ə) Cümə məscidinə gedərdi. Tərləmiş və əlləri toz-torpaq içində ilahi dərgaha dua edərdi: «Pərvərdigara, mənim çətinliyimin həlli ölümümdədirsə, ölümümü yetir»»
O Həzrət (ə) kədər və hüzn içində ikən qürbətdə dünyadan köçdü.[6]
Məmun bir gecə-gündüz o Həzrətin (ə) şəhadətini gizlətdi. İmam Sadiqin (ə) oğlu Məhəmmədin və Əbu Talib ailəsindən olanların gəlib Həzrətin (ə) bədənini görməyi istədikdən sonra məsələni aşkar etdi və ağlamağa başladı!!![7]
Həzrətin (ə) mübarək bədəninin dəfn olunması.
İmam Cavad (ə) atasına qüsl verib kəfənlədikdən sonra namaz qıldı. Onu Həmid ibn Qəhtəbənin evində, Harunun qəbrinin qabağında dəfn etdi.[8]
Bəzi rəvayətlərə əsasən Məmun insanların fitnəsinin qorxusundan göstəriş verdi ki, Həzrəti (ə) gecə dəfn etsinlər.[9] Həzrətin İmamət dövrü 20 il olub.[10] İmam Cəvad (ə) atası şəhid olanda 7 yaş bir necə aylıq idi.[11]
İmamın (ə) şəhadəti ilə əlaqədar müxtəlif rəvayətlər var. Onlar aşağıdakılardan ibarətdir: Ramazan ayının 23-də,[12] səfər ayının 14-də,[13] 17-də,[14] 27-də,[15] mübarək ramazanın 21-də[16] və zilqədə ayının 23-də.[17]
Şiənin böyük alimləri müxtəlif kitablarda o Həzrətin (ə) şəhadətinin səfər ayının sonuncu günündə baş verdiyini yazıblar. Amma onun şəhadətinin 29-da və ya 30-da baş verdiyini zikr etməyiblər.
Mənbələr
[1] Şeyx Kuleyni – Əl-Kafi, c 2, səh 528, Mühəddis Qumi - Feyzul-əlam, səh 200, Əllamə Məclisi – Biharul-ənvar, c 49, səh 292, Əllamə Əli Nəmazi Şəhrudi – Mustədrəku səfinətil-bihar, c 6, səh 295, Molla Haşim Xorasani – Müntəxəbut-təvarix, səh 578
[2] Əbil Həsən İrbili – Kəşful-ğəmmə, c 2, səh 267, Əllamə Məclisi – Biharul-ənvar, c 49, səh 292
[3] Əllamə Təbərsi – Tacul-məvalid, səh 50
[4] Şeyx Müfid - Əl-irşad, c 2, səh 270
[5] Molla Haşim Xorasani – Müntəxəbut-təvarix, səh 580
[6] Mühəddis Qumi - Feyzul-əlam, səh 99, Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 280, Şeyx Hürr Amili – Vəsailuş-şiə, c 2, səh 659
[7] Şeyx Müfid - Əl-irşad, c 2, səh 271
[8] Şeyx Müfid - Əl-irşad, c 2, səh 271, Mühəddis Qumi - Feyzul-əlam, səh 99,
[9] Şeyx Müfid - Əl-irşad, c 2, səh 271, Mühəddis Qumi - Feyzul-əlam, səh 99,
[10] Şeyx Müfid - Əl-irşad, c 2, səh 247
[11] Şeyx Müfid - Əl-irşad, c 2, səh 271, Mühəddis Qumi - Feyzul-əlam, səh 99,
[12] Əbil Həsən İrbili – Kəşful-ğəmmə, c 2, səh 297, Əli ibni Yusif ibni Mütəhhər Hilli - Əl-ədədul-qəviyyə, səh 277
[13] Mühəddis Qumi - Müntəhal-amal, c 2, səh 312
[14] Şeyx Kəfəmi – Əl-Misbah, c 2, səh 596
[15] Əllamə Təbərsi – Tacul-məvalid, səh 50
[16] Molla Haşim Xorasani – Müntəxəbut-təvarix, səh 577
[17] Molla Haşim Xorasani – Müntəxəbut-təvarix, səh 577, Əli ibni Yusif ibni Mütəhhər Hilli - Əl-ədədul-qəviyyə, səh 275




