İmam Rzanın (ə) mövludu
İmam Rzanın (ə) mövludu
Hicrətin 148-ci ili İmam Rza (ə) Mədinə şəhərində dünyaya gəldi.[1] Onun zilhiccən ayının 11-də və ya rəbiul əvvəl ayının 11-də dünyaya gəlməsini də qeyd ediblər.[2]
Atası Musa ibn Cəfər (ə), anası isə Ümmülbənin Nəcmədir (ə).[3] Adı Əli, künyəsi Əbul Həsəndir. Xüsusi künyəsi Əbu Əlidir.[4]
Həzrətin (ə) ləqəbləri: Siracullah, Nurul-Huda, Qurrətu aynil muminin, Rəbbus-Sərir, Fazil, Sabir, Sədiq, Rəzi və s.[5]
Həzrət Rza (ə) dünyaya gəldikdən sonra atası Musa ibn Cəfər (ə) onun sağ qulağına azan, sol qulağına iqamə oxudu.[6]
Mənbələr
[1] Əllamə Məclisi - Biharul-ənvar, c 49, səh 10, Mühəddis Qumi - Feyzul-əlam, səh 90, Təbərsi - Elamul-vəra, c 2, səh 40, Əllamə Məclisi - Cəlaul uyun, səh 544
[2] Əllamə Məclisi - Biharul-ənvar, c 49, səh 304, Mühəddis Qumi - Feyzul-əlam, səh 119
[3] Təbərsi - Elamul-vəra, c 2, səh 40, Əllamə Məclisi - Biharul-ənvar, c 49, səh 10, Şeyx Müfid - Əl-irşad, c 2, səh 246,
[4] Əllamə Məclisi - Biharul-ənvar, c 49, səh 10
[5] Əllamə Məclisi - Biharul-ənvar, c 49, səh 10
[6] Əllamə Məclisi - Biharul-ənvar, c 49, səh 9




