İmam Rzanın (ə) Aşura barəsindəki kəlamı
İmam Rzanın (ə) Aşura barəsindəki kəlamı[7]
Məhərrəm ayının ilk günü Rəyyan İbn Şəbib İmam Rzanın (ə) yanına gəldi. Həzrət (ə) ona buyurdu: Ey Şəbibin oğlu, Ərəblər cahiliyyət zamanı məhərrəm ayında müharibə etməyi haram bilirdilər. Amma bu ümmət bu ayın ehtiramını və Peyğəmbərin (s) hörmətini saxlamadı. Bu ayda bizim qanımızı halal bildilər, bizə hörmətsizlik etdilər, övladlarımızı və qadınlarımızı əsir götürdülər, xeymələrimizi yandırdılar və mallarımızı qarət etdilər. Bizim barədə Allahın Rəsulunun (s) ehtiramını riayət etmədilər.
Həqiqətən Hüseynin (ə) şəhadət günü bizim gözlərimizin kipriklərini yaraladı, göz yaşlarımıza səbəb oldu və ürəklərimizi yandırdı. Əzizimizi Kərbəla torpağında zəlil etdi, möhnət və bəlanı qiyamət gününə qədər bizim üçün irs qoydu. Ağlayanlar gərək İmam Hüseynə (ə) ağlasınlar. Çünki İmam Hüseynə (ə) ağlamaq böyük günahları aradan aparır. Ey Şəbibin oğlu, əgər ağlamaq istəsən, İmam Hüseynə (ə) ağla. O Həzrəti (ə) şəhid etdilər. Onunla bərabər Əhlibeytdən (ə) 18 nəfəri şəhid etdilər ki, yer üzündə oxşar və tayları yox idi. Yeddi qat səmalar və yerlər o Həzrətin şəhadətində ağladılar. Aşura günü dörd min mələk o Həzrətə (ə) kömək etmək üçün gəlmişdilər, onun şəhid olduğunu gördülər. Buna görə də peşman və qubarlı halda o mütəhhər qəbrin yanında qalmağa məmur oldular ki, İmam Qaim (ə.f) zühur etdikdə onun köməkçilərindən olsunlar. Şüarları «Ya ləsarətəl Hüseyn»dir.
Ey Şəbibin oğlu! Əgər behiştdə bizimlə ən ali dərəcədə birgə olmanı istəyirsənsə, bizim qəmgin anlarımızda qəmgin olub, şadlığımızda sevin. Bizim vilayətimizi sev, qəbul et. Əgər bir nəfər bir daşı da sevsə, Allah Təala onu həmin daşla məhşərə gətirəcək...
Mənbələr
[7] Əllamə Məclisi – Biharul-ənvar, c 98, səh 12, c 14, səh 164, Şeyx Səduq – Əmali, səh 111, Seyid ibn Tavus – İqbal, səh 544, Şeyx Səduq Uyuni əxbarir -Rza (ə), c 2, səh 233




