İmam Musa ibn Cəfərin (ə) şəhadəti
İmam Musa ibn Cəfərin (ə) şəhadəti
Hicrətin 183-cü ili, bu gün məşhur rəvayətə əsasən İmam Musa ibn Cəfər (ə) Səndi ibn Şahikin həbsində şəhadətə çatdı.[1]
Mərhum Kuleyninin rəvayətinə əsasən Musa ibn Cəfərin (ə) şəhadəti rəcəb ayının 6-da baş verib[2]. Harun, Musa ibn Cəfəri (ə) tutub Mədinədən Bağdada göndərmək üçün zahirən Məscidun-nəbini ziyarət etməyə gəldi.[3]
Həzrətin İmamətlik dövründəki zalım xəlifələr.
Həzrət 20 yaşında imamətliyə çatdı və 35 il müddətində imamətlik etdi. İmam Sadiqin (ə) şəhadətindən sonra bir müddət Əbu Cəfər Mənsurla eyni zamanda yaşadı. Mənsurdan sonra 10 ilə yaxın Mehdinin xilafətliyi davam etdi.
O, bir gecə Əmirəl-möminini (ə) yuxuda gördü ki, ona buyurur: «Fəhəl əsəytum in təvəlləytum ən tufsidu fil ərzi və təqtəu ərhaməkum»[4] ("Əgər (Məhəmməddən (s)) üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və (cahiliyyət dövründə olduğu kimi) qohumluq tellərini qırmaq gözlənilməzmi?!")
Yuxudan ayıldıqdan sonra Həzrətin (ə) məqsədini başa düşüb Musa ibn Cəfəri (ə) zindandan azad etdi. Mehdidən sonra oğlu Hadi Həzrəti (ə) həbs etmək istəsə də ömrü başa çatdıqdan əcəl möhlət vermədi. Bir ildən az xəlifəlik etmədi. Xilafət Haruna çatdıqdan sonra İmamı bir zindandan digər birinə göndərirdi. O, xəlifəliyinin on dördüncü ilində Həzrəti 55 yaşında zülm zəhəri ilə şəhid etdi.[5]
Həzrətin (ə) qüslunun verilib dəfn edilməsi.
Həzrət (ə) şəhadətə çatdıqdan sonra Harunun göstərişi ilə Həzrəti köhnə paltarlarla bir nərdivanın üstünə qoyub dörd hambalın köməkliyi ilə apardılar. Bir nəfər cənazənin qabağında gedərək səslənirdi: «Bu, Rafizilərin imamıdır.»
İmam Rza (ə) ona qüsl verib kəfənlədikdən sonra namaz qıldı. Sonra şiələr Həzrəti hərəmin hal-hazırda yerləşdiyi məkanda dəfn etdilər.[6]
Həzrətin (ə) 37 övladı dünyaya göz açıb. İmamətlik dövrü 35, ömrü isə 55 il olub. Həzrətin (ə) şəhadətini rəcəbin 5 və ya 6-da baş verdiyini də yazıblar.
Mənbələr
[1] Təbərsi – Elamul-vəra, c 2, səh 6, Əllamə Məclisi – Biharul-ənvar, c 48, səh 206, Şeyx Müfid – Məsaruş-şiə, səh 36, Şeyx Tusi - Misbahul-mütəhəccid, səh 749, Əllamə Məclisi - Zadul-məad, səh 35, Mühəddis Qumi - Feyzul-əlam, səh 322, Şeyx Kəfəmi – Əl-Misbah, c 2
[2] Şeyx Kuleyni – Əl-Kafi, c 2, səh 507
[3] Siqətul-islam Şeyx Kuleyni – Əl-kafi, c 2, səh 507, Əllamə Məclisi – Birahul-ənvar, c 48, səh 206
[4] Muhəmməd (s) surəsi, 22-ci ayə
[5] Zəbihullah Məhəllati – Qəlaidun-nehvər, Rəcəb cildi, səh 33-34
[6] Zəbihullah Məhəllati - Vəqayiul-əyyam, Rəcəb cildi, səh 279




