Mövlud Hicri-qəməri: 7 Səfər Miladi:

İmam Musa ibn Cəfərin (ə) mövludu

İmam Musa ibn Cəfərin (ə) mövludu

Məşhur rəvayətə əsasən hicrətin 128-ci ilində bu gün (bazar günü) Mədinə ilə Məkkə arasındakı «Əbva» adlı yerdə Həzrət Musa ibn Cəfər (ə) dünyaya gəlib.[3]

O Həzrətin (ə) ən məşhur ləqəbləri Saleh, Sabir, Əmin və Kazimdir. Ən məşhur künyəsi isə Əbül-Həsəndir. Əmirəl-möminin Əli (ə) və İmam Zeynəl-Abidin (ə) də bu künyə ilə adlansalar da hədis kitablarında İmam Kazim (ə) birinci Əbül-Həsən, İmam Rza (ə) ikinci Əbül-Həsən, Həzrət Hadi (ə) isə üçüncü Əbül-Həsən kimi qeyd olunur. Bəzəndə təqiyyə edərək o Həzrəti (ə) «Əbdüs-saleh», «Fəqih» və «Alim» adlandırıblar.[4]

Mənbələr

[3] Təbərsi – Elamul-vəra, c 2, səh 6, Şeyx Bəhauddin Amuli – Tovzihul-məqasid, səh 6, Əbu Cəfər ibn Şəhraşub – Mənaqibi ali Əbu Talib (ə), c 4, səh 349, Əllamə Məclisi – Biharul-ənvar, c 48, səh 9, Əllamə Məclisi - Cəlaul-uyun, səh 524, Şeyx Kuleyni – Əl-Kafi, c 3, səh 507

[4] Əllamə Məclisi - Cəlaul-uyun, səh 524, Molla Haşim Xorasani – Müntəxəbut-təvarix, səh 516, Mühəddis Qumi - Müntəhal-amal, c 2, səh 181

Teqlər