İmam Hüseynin (ə) Mədinədən Məkkəyə tərəf hərəkət etməsi
İmam Hüseynin (ə) Mədinədən Məkkəyə tərəf hərəkət etməsi
Hicrətin 60-cı ili bu gün İmam Hüseyn (ə) Mədinədən çıxaraq Məkkəyə yollandı.[1] Başqa bir rəvayətə əsasən Həzrət (s) rəcəb ayının 29-cu gecəsi Mədinədən çıxıb.[2]
Bu səfərdə İmam Hüseynlə (ə) bərabər Zeynəb (ə), Əbülfəzl Abbas(ə), Ümmi Külsum(ə), Əli Əkbər (ə) və Əhlibeytin (ə) digər üzvləri iştirak edirdi. Şəhidlər ağasının bacıları Zeynəb (ə) və Ümmi Külsumlə (ə) bərabər 13 nəfər idi.
Digər qadınlar: Zeynəbin (ə) qızı Kiçik Ümmi Külsum həyat yoldaşı ilə bərabər Kərbəlaya gəlmişdi. Əbu Talibin qızı, Həzrət Əlinin (ə) bacısı Cumanə, həmçinin 9 kəniz və 10 qulam Həzrətlə (ə) birlikdə bu səfərdə iştirak edirdi. İmam Həsənin (ə) bir neçə həyat yoldaşı, oğlan və qız övladları, Müslim ibn Əqilin ailəsi və Həzrətin (ə) səhabələri, yaxınları da iştirak edirdilər.
Bu səfərdə 250 at, 250 dəvə var idi. 70 dəvə xeymələri, 40 dəvə digər ləvazimatı və ərzağı, 30 dəvə su qablarını, 12 dəvə geyimləri, dirhəm və dinarları, 50 dəvə xanımları, uşaqları, xidmətçiləri, digər dəvələr isə müxtəlif ləvazimatları aparmaq üçün hazırlanmışdı.
Mənbələr
[1]Şeyx Müfid - Əl-irşad, c 2, səh 34, Əllamə Məclisi – Biharul-ənvar, c 44, səh 329, Təbərsi – Elamul-vəra, c 1, səh 435
[2] Mühəddis Qumi - Feyzul-əlam, səh 329




