Digər Hicri-qəməri: 2 Məhərrəm Miladi:

İmam Hüseyn (ə)-ın Kərbəlaya daxil olması

İmam Hüseyn (ə)-ın Kərbəlaya daxil olması

Məşhur sözə əsasən hicri tarixi ilə 61-ci ildə məhərrəm ayının bu günü ağamız və mövlamız Həzrət Əba Əbdillahil Hüseyn (ə), şəhidlər ağası Əhlibeyti və səhabələri ilə Kərbəlaya daxil olub.[1]

Orada İmamın (ə) atı hərəkət etmədi.

İmamdan (ə) soruşdular: «Bu yerin adı nədir?»

Buyurdu: «Qaziriyə»

Başqa adını soruşdular. Buyurdu: «Şatiul-fərat»

Soruşdular: «Başqa bir adı da var?»

Həzrət (ə) buyurdu: «Kərbəla da deyirlər»

Bu an Həzrət (ə) ürəkdən ah çəkdi, çox ağladı və buyurdu: «Allaha and olsun, Kərbəla torpağı buradır. Allaha and olsun, burada bizim kişiləri öldürəcəklər! Allaha and olsun, burada uşaqlarımızı və qadınlarımızı əsir götürəcəklər. Allaha and olsun, burada bizim hörmət pərdəmiz cırılacaq. Ey cavanlar, enin! Bura bizim qəbirlərmizin yeridir...»[2]

Mənbələr

[1] Şeyx Müfid - Əl-irşad, c 2, səh 84, Zəbihullah Məhəllati – Qəlaidun- nehvər, Məhərrəm və səfər cildi, səh 24, Məhəmməd Baqir Məlbubi – Əl-vəqayə vəl-həvadis, c 2, səh 89, Əbu Cəfər ibn Şəhraşub – Mənaqibi ali Əbu Talib (ə), c 4, səh 105, Əllamə Məclisi – Cəlaul uyun, səh 379, Şeyx Məhəmməd Məhdi Hairi Mazəndərani – Məalis-sibteyn, c 1, səh 285

[2] Seyyid Məhəmməd Cavad Zehri Tehrani – Əz Mədinə ta Mədinə, səh 326, Mühəddis Qumi - Feyzul-əlam, səh 142

Teqlər