İmam Həsənin (ə) sülhü
İmam Həsənin (ə) sülhü
İmam Həsənin (ə) Müaviyə ilə bağladığı sülh rəbiul əvvəl ayının 25-də baş verib.[4] Bəziləri isə bu hadisənin ayın 26-da baş verdiyini nəql edirlər.[5]
Sülh aşağıdakı bəndlərdən ibarət idi[6]:
a) İmam Əlini (ə) söyməsinlər.
b) Şiələrin qanı möhtərəm və amanda qalsın və hüquqları tapdanmasın.
c) Müaviyə bir milyon dirhəmi Cəməl və Siffeyndə ölənlərin yetimləri arasında bölsün.
d) İmam (ə) Müaviyəni “əmirəl-möminin” çağırmasın.
e) Müaviyə Allahın kitabına və Peyğəmbərin (o) sünnəsinə əsasən əməl etsin.
f) Müaviyə ölümündən sonra xilafəti başqasına tapşırmasın.
Müaviyə bu və digər şərtləri, həmçinin islamın, xüsusən də şiələrin qorunmasını qəbul etdi. Müharibə sona çatdı, amma o, bu sülhün heç bir şərtinə əməl etmədi, əksinə, onların əksinə əməl etdi.
Mənbələr
[4] Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 40-41
[5] Mühəddis Qumi - Feyzul-əlam, səh 225
[6] Şeyx Müfid - Əl-irşad, c 2, səh 14




