Şəhadət Hicri-qəməri: 28 Səfər Miladi:

İmam Həsənin (ə) şəhadəti

İmam Həsənin (ə) şəhadəti

Hicrətin 50-ci ilində bu gün İmam Həsən (ə) şəhid olmuşdur.[13] Bir rəvayətə əsasən o Həzrətin (ə) şəhadəti Səfər ayının 7-də, digər bir rəvayətə əsasən isə rəbiul əvvəl ayının 5-də baş vermişdir.[14]

Əşəs ibn Qeysin qızı Cödə Müaviyənin göndərdiyi zəhərlə İmamı (ə) zəhərlədi. Müaviyə zəhərlə birlikdə 100 min dirhəm ona göndərib ona vəd etmişdi ki, bu hadisə baş verdikdən sonra onu oğlu Yezidə (l) alacaq. Amma sonradan öz vədinə əməl etmədi.[15]

Həzrətin (ə) zəhərlənməsi.

İmam Həsənin (ə) zəhərlənməsi 40 gün çəkdi.[16] Zəhər öz təsirini göstərdikdən sonra şəhadətinə az qalmış şəhidlər ağası İmam Hüseyni (ə) yanına çağırdı və buyurdu: «Məni zəhərlədilər, ciyərim parçalanıb. Mən sizdən ayrılıram və Allaha qovuşuram və bilirəm ki, məni kim zəhərləyib. Amma sizin boynunuzda olan haqqıma görə bu barədə danışmayın. Mən dünyadan köçdükdən sonra, gözlərimi bağla, qüslümü ver, kəfənlə və məni Cəddim Peyğəmbərin (s) kənarına apar ki, onunla yeni əhd bağlayım. Sonra məni Bəqidə, nənəm Fatimə binti Əsədin yanında dəfn edin. Bilirəm, müxaliflər və inad edənlər güman edəcəklər ki, siz məni Peyğəmbərin (s) yanında dəfn etmək istəyirsiniz. Sizə mane olacaqlar. Sizi Allaha and verirəm, məbada mənə görə bir damcı qan tökülsün». Sonra o Həzrət (ə) Əmirəl-möminin kimi övladlarına və Əhlibeytinə vəsiyyət edərək dünyadan köçdü.

Həzrətin (ə) dəfn olunması.

İmam Hüseyn (ə) qüsl, kəfən və namaz qıldıqdan sonra onu Peyğəmbərin (s) qəbrinə tərəf apardı. Bunu görən Mərvan, Bəni Ümməyyə silahlanıb Aişə ilə birlikdə oraya gəldilər. Onlarda heç bir şəkk qalmamışdı ki, o Həzrəti (ə) Peyğəmbərin (s) yanında basdırmaq istəyirlər. Elə buna görə manə oldular. Aişə minikdə olduğu halda dedi: «Mənim sizinlə nə işim var ki?İstəyirsiz ki, mənim sevmədiyim şəxsi evimdə dəfn edəsiz?»

Mərvan da bunu dedi. İbn Abbas ona və Aişəyə cavab verdi. Osmanın övladları da manecilik törədərək dedilər: -Heç vaxt olmaz ki, Osman ən pis yerdə dəfn olunsun və Həsən (ə) Allahın Rəsulu (s) ilə yanaşı torpağa tapşırılsın.

İmam Hüseyn (ə) buyurdu: «Allaha and olsun, Məkkəni və Hərəmi ehtiramlandıran Əlinin (ə) və Fatimənin (ə) övladı Həsən (ə), Peyğəmbərin (s) evinə icazəsiz daxil olanlardan Peyğəmbərə (s) daha layiqlidir. Allaha and olsun, o, Əbuzəri Mədinədən çıxaran Osmandan daha layiqlidir».

Aişə Peyğəmbərin (s) qəbrinin qabağına gedib dedi: -Başımdakı sonuncu tük qalana qədər onu burada dəfn etməyə qoymayacağam!

Mərvan övladları o Həzrətin (ə) cənazəsini oxladılar. Bu zaman Haşım oğulları qılınca əl atdılar. Amma İmam Hüseyn (ə) mane olub buyurdu: - Qardaşımın vəsiyyətinə əməl edin.

Sonra o Həzrətin (ə) cənazəsindən 70 ox çıxardılar![17]

Bütün bunları İmam Həsən (ə) İmam Hüseynə (ə) onun şəhadətindən sonra Aişənin hansı cinayətlər edəcəyini xəbər vermişdi.[18]

Bundan sonra şəhidlər ağası (ə) bəzi kəlmələr buyurdu: «Əgər qardaşımın vəsiyyəti olmasaydı, bilərdiz ki, ilahi qılınclar harada və necə başınıza enəcək.»

O Həzrətin (ə) mübarək bədənini Bəqiyə gətirərək nənəsi Fatimə binti Əsədin yanında dəfn etdilər.[19]

İmam Həsənin (ə) 15 övladı olsa da Cödədən heç bir övladı yox idi.[20]

Mənbələr

[13] Təbərsi – Elamul-vəra, c 1, səh 403, Əllamə Məclisi – Biharul-ənvar, c 95, səh 200, Şeyx Müfid – Məsaruş-şiə, səh 27, Mühəddis Qumi - Feyzul-əlam, səh 199, Şeyx Kuleyni – Əl-Kafi, c 1, səh 471

[14] Şeyx Müfid - Əl-irşad, c 2, səh 16, Şeyx Kuleyni – Əl-Kafi, c 2, səh 481, Əllamə Məclisi – Biharul-ənvar, c 44, səh 149, Suyuti – Tarixul Xuləfa, səh 192

[15] Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 41

[16] Mühəddis Qumi - Müntəhal-amal, c 1, səh 235

[17] Mühəddis Qumi - Müntəhal-amal, c 1, səh 235

[18] Məcməul-Bəhreyn, c 1, səh 454

[19] Şeyx Müfid - Əl-irşad, c 2, səh 17, 19, Əllamə Məclisi – Biharul-ənvar, c 44, səh 156

[20] Şeyx Müfid - Əl-irşad, c 2, səh 20

Teqlər