İmam Həsənin (ə) mövludu
İmam Həsənin (ə) mövludu
Hicrətin 3-cü ili ramazan ayının 15-ci gecəsi şiələrin 2-ci İmamı Həsən ibn Əli (ə) Mədinə şəhərində dünyaya göz açıb.[1] O Həzrətin (ə) ləqəbləri: Seyyid, Sibt, Əmin, Hüccət, Nəqi, Zəki, Zahid, Müçtəba. Onun ağ-qırmızı rəngli siması, iri və qara gözləri vardı. O, hamıdan xoşsima və xoşrəftar idi. Dünyaya gəldikdən 7 gün sonra Həzrət Fatimə (ə) Cəbrailin (ə) Peyğəmbər (s) üçün behiştdən gətirdiyi ipək parçanı İmam Həsənə (ə) bükərək Allahın Rəsulunun (s) yanına gətirdi. O Həzrət (s) uşağın adını Həsən qoydu və onun üçün əqiqə olaraq bir qoyun kəsdi.[2]
Mənbələr
[1] Şeyx Müfid - Əl-irşad, c 2, səh 5, Mühəddis Qumi - Feyzul-əlam, səh 34, Əllamə Məclisi - Biharul-ənvar, c 43, səh 250, c 95, səh 192, Təbərsi - Elamul-vəra, c 1, səh 402, Əbil Həsən İrbili - Kəşful-ğəmmə, c 1, səh 514, Şeyx Müfid - Məsaruş-şiə, səh 7, Şeyx Kuleyni, c 2, səh 480, Şeyx Kəfəmi - Əl-Misbah, c 2, səh 599, Əli ibni Yusif ibni Mütəhhər Hilli - Əl-ədədul-qəviyyə, səh 28, Şeyx Bəhauddin Amuli - Tovzihul-məqasid, səh 11, Suyuti - Tarixul Xuləfa, səh 188
[2] Şeyx Müfid - Əl-irşad, c 2, səh 5, Mühəddis Qumi - Feyzul-əlam, səh 34, Əllamə Məclisi - Biharul-ənvar, c 43, səh 250, c 95, səh 192, Təbərsi - Elamul-vəra, c 1, səh 402, Əbil Həsən İrbili - Kəşful-ğəmmə, c 1, səh 514, Şeyx Müfid - Məsaruş-şiə, səh 7, Şeyx Kuleyni, c 2, səh 480, Şeyx Kəfəmi - Əl-Misbah, c 2, səh 599, Əli ibni Yusif ibni Mütəhhər Hilli - Əl-ədədul-qəviyyə, səh 28, Şeyx Bəhauddin Amuli - Tovzihul-məqasid, səh 11, Suyuti - Tarixul Xuləfa, səh 188




