İmam Həsən Əskərinin (ə) şəhadəti
İmam Həsən Əskərinin (ə) şəhadəti
İmam Həsən Əskəri (ə) hicrətin 260-cı ilində 28 yaşında Mötəmid Əbbasi tərəfindən zəhərlənərək şəhadətə çatdı.[1] Mötəmid xilafət məhsullarına göstəriş verirdi ki, o Həzrətə (ə) əziyyət versinlər.[2] Şeyx Səduq (ə) deyir: -Mötəmid bir neçə dəfə İmam Həsən Əskərini (ə) həbs etmişdi.
Atası 22 yaşlı İmam Hadi (ə) şəhadətə çatdıqdan sonra o Həzrətin (ə) İmamətlik dövrü başladı və 6 il davam etdi.
Şəhadətə çatdığı günün gecəsi Mədinə əhlinə çoxlu məktublar yazdı.[3] Sübh namazı vaxtı İmam Zaman (ə.f) atası İmam Hadiyə (ə) dəstəmaz almağa kömək etdi və ona dərman verdi. Bundan sonra İmam dünyadan getdi.[4] Samirra əhli İmamın (ə) şəhadətindən xəbər tutduqda bütün bazarları bağladılar. Hamı o Həzrətin (ə) evinin ətrafına toplandı. Vəzirlər, xəlifənin tabeciləri, Bəni Haşim və Ələvilər evin içində idilər. Samirrada hər tərəfdən qulağa nalə və ağlamaq səsləri gəlirdi. Sanki bir qiyam qopmuşdu.
İmam Zaman (ə.f) o Həzrətə qüsl verib, kəfənlədi. Namaz qılmaq istədikdə əmisi Cəfər qabağa gələrək İmam Həsən Əsgəriyə (ə) namaz qılmaq istədi. Təkbir demək istəyəndə İmam Zaman (ə.f) onu oradan uzaqlaşdırıb özü atasına namaz qıldı. İmam Həsən Əskərini (ə) atası İmam Hadinin yanında dəfn etdilər.[5] Cəfər baş verənləri Mötəmid üçün danışdı. Hər bir tərəfdə İmam Zamanı (ə.f) axtarsalar da qapa bilmədilər.
İmam Həsən Əskərinin (ə) şəhid olduğu ildə (hicrətin 260-cı ili) Mühəddis Fəzl İbn Şazan Nişapuri də dünyadan köçüb. O, 180 əsərin müəllifidir. İmam Həsən Əskəri (ə) üç dəfə ona rəhmət göndərib.[6]
Mənbələr
[1] Şeyx Müfid - Əl-irşad, c 2, səh 336, Əbil Həsən İrbili – Kəşful-ğəmmə, c 2, səh 402, Əllamə Hilli – Əl-müstəcad, səh 226, Seyid ibn Tavus –İqbal, səh 598, Mühəddis Qumi - Feyzul-əlam, səh 207, Əllamə Məclisi - Zadul-məad, səh 334, Şeyx Kuleyni – Əl-Kafi, c 1, səh 561, Əllamə Məclisi – Biharul-ənvar, c 95, səh 355-356, c 50, səh 334
[2] Zəbihullah Məhəllati – Qəlaidun-nehvər, Rəcəb cildi, səh 144
[3] Əllamə Məclisi – Biharul-ənvar, c 5, səh 331,
[4] Şeyx Tusi – Əl-ğeybə, səh 164, Əllamə Məclisi - Zadul-məad, səh 334, Şeyx Səduq – Kəmaluddin, səh 473
[5] Mühəddis Qumi - Feyzul-əlam, səh 209
[6] Zəbihullah Məhəllati – Qəlaidun- nehvər, Rəcəb cildi, səh 143, 144, Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 350, 351




