Mövlud Hicri-qəməri: 8 Rəbiüs-sani Miladi:

İmam Həsən Əskərinin (ə) mövludu

İmam Həsən Əskərinin (ə) mövludu

Hicrətin 232-ci ili bu gün Həzrət İmam Həsən Əskəri (ə) dünyaya göz açıb.[1] Bəzi mənbələrdə İmamın (ə) mövludunun bu ayın 4-də olduğu bildirir.[2] Həzrətin (ə) mövludu ilə əlaqədar müxtəlif nəzərlər də mövcuddur. Məsələn: Zilhəccə ayının 27-i,[3] rəbius-sani ayının rəbius-sani ayının 10-u.[4]

Atası İmam Hadi (ə), anası isə möhtərəm qadın Hüdeysə və ya Süsəndir.[5] Dünyaya göz açdığı şəhər Mədinədir. Məşhur ləqəbləri Zəki və Nəqidir. Künyəsi Əbu Məhəmməddir.

Onu nəzarət altında saxlayıb yanına gedib-gələnlərə nəzarət etmək üçün Abbasi sarayının türk ordularının qaldığı yerdə, məskən ayırdılar. Elə buna görə ona «Əskəri» deyirdilər.[6]

Mənbələr

[1] Təbərsi - Elamul-vəra, c 1, səh 435, Mühəddis Qumi - Feyzul-əlam, səh 228

[2] Zəbihullah Məhəllati - Qəlaidun- nehvər, Rəbis-sani cildi, səh 185

[3] Şeyx Müfid - Məsaruş-şiə, səh 23

[4] Şeyx Bəhauddin Amuli - Tovzihul-məqasid, səh 10, Şeyx Müfid - Məsaruş-şiə, səh 23

[5] Zəbihullah Məhəllati - Rəyahinuş-şəriə, c 3, səh 24, Şeyx Müfid - Əl-irşad, c 2, səh 313

[6] İbnul Vərdi - Tətimmətul-müntəha fi əxbaril bəşər, c 1, səh 348

Teqlər