Şəhadət Hicri-qəməri: 3 Rəcəb Miladi:

İmam Hadinin (ə) şəhadəti

İmam Hadinin (ə) şəhadəti

Hicrətin 254-cü ili İmam Hadi (ə) 41 yaşında şəhadətə çatıb.[1]

Mərhum Kuleyninin nəql etdiyinə əsasən İmam Hadinin (ə) şəhadəti cəmadis-sani ayının 26-da baş verib.[2] Məlum budur ki, o Həzrət (ə) 6 və ya 8 yaş 5 aylıq olanda atası İmam Cavad (ə) şəhid olub. Onun şəhadətindən sonra İmam Hadi (ə) İmamətliyə çatdı. İmamətlik müddəti 33 il olub.[3]

İmam Hadi (ə) Məmun, Mötəsim, Vasiq, Mütəvəkkil, Müntəsir, Müstəin və Mötəzzin dövrlərində yaşayıbdır. O Həzrəti (ə) Mötəzz zəhərləyərək şəhid etdi.

İmam Hadi (ə) 41 il bir neçə ay ömür sürüb.[4] İmamətlik dövrünün 13 ili Mədinədə keçib. Qalan müddəti isə Mütəvəkkilin təkidi ilə məcburi surətdə Samirrada keçirib. Mədinənin hakimi Mütəvəkkilə məktub yazdı ki, əgər sən Mədinə və Məkkəni idarə etmək istəyirsənsə, Əli ibn Məhəmmədi (ə) diyardan uzaqlaşdır. O, buradakıları özünə tabe edib.

Mütəvəkkilin göstərişinə əsasən Mədinədə Həzrətə (ə) daha çox əzab-əziyyət verdilər. Sonra onu Samirraya apardılar və ona əziyyət verdilər. Daha sonra isə Mötəzz onu zəhərləyib şəhid etdi.

İmam Həsən Əskəri (ə) o Həzrətə (ə) qüsl verib kəfənlədi. Namaz qıldıqdan sonra, digərləri də zahirən bunu yerinə yetirdilər. İmamı (ə) öz evinin içində dəfn etdilər. Hal-hazırkı hərəm həmin evin yerləşdiyi məkandır.

Mənbələr

[1] Şeyx Bəhauddin Amuli – Tovzihul-məqasid, səh 16, Mühəddis Qumi - Feyzul-əlam, səh 297, Şeyx Müfid – Məsaruş-şiə, səh 34, Zəbihullah Məhəllati – Qəlaidun- nehvər, Rəcəb cildi, səh 22, Əllamə Məclisi – Biharul-ənvar, c 50, səh 117, 192, c 99, səh 596, Şeyx Tusi - Misbahul-mütəhəccid, səh 741

[2] Şeyx Kuleyni – Əl-Kafi, c 2, səh 551, Əbil Həsən İrbili – Kəşful-ğəmmə, c 2, səh 375

[3] Şeyx Müfid - Əl-irşad, c 2, səh 297

[4] Şeyx Müfid - Əl-irşad, c 2, səh 297

Teqlər