İmam Hadinin (ə) oğlu Həzrət Seyyid Məhəmmədin vəfatı
İmam Hadinin (ə) oğlu Həzrət Seyyid Məhəmmədin vəfatı
Hicrətin 252-ci ilində İmam Hadinin (ə) oğlu Həzrət Seyyid Məhəmməd Samirrada dünyadan köçüb.[2] O Həzrətə Əbu Cəfər, Əbu Əli və Seyyid Məhəmməd Bəac da deyiblər.
Hörmət və əzəməti o qədər yüksək idi ki, şiələrdən bəziləri belə güman edirdilər ki, İmam Hadidən (ə) sonra o, imamlıq məqamına yetişəcək. Amma atasının vəfat etməsilə hər şey aydınlaşdı ki, İmam Hadidən (ə) sonra İmam Həsən Əskəri (ə) İmam seçiləcək. İmam Həsən Əskəri (ə) ona çox bağlı idi.
O, dünyadan köçdükdən sonra Samirradan təxminən 25 km aralıda Bələd adlı bir yerdə dəfn etdilər. Indi də onun qəbri orada yerləşir.
O Həzrətdən çoxlu kəramətlər müşahidə olunub. Hal hazırda günbəz, səhn və otaqlardan ibarət olan bu hərəmi Əhlibeyt (ə) sevərlər ziyarət edirlər.
Mənbələr
[1] Məhəmməd Hirzuddin - Məraqidul-məarif, c 2, səh 262
[2] Bu, Samirra şiələrinin arasında məhşurdur və o həzrətin hərəmində də qeyd olunub.




