Şəhadət Hicri-qəməri: 30 Zilqədə Miladi:

İmam Cavadın (ə) şəhadəti

İmam Cavadın (ə) şəhadəti

Hicrətin 220-ci ili bu gün Mötəsim İmam Cavadı (ə) zəhərləyərək şəhadətə çatdırıb. İmam Cavad (ə) dünyadan köçərkən ömründən 25 il, 3 ay, 12 gün keçirmiş.[1] Başqa rəvayətlərdə imamın hicrətin 219-cu ili zilqədənin 5-də, 11-də[2] və ya zilhiccənin 5-də şəhid olduğu bildirilir.[3] Həmçinin zilhiccə ayının 6-da və 25-də nəql olunub.[4]

Həzrət Rzanın (ə) şəhadətindən sonra Məmun İmam Cavadı (ə) Bağdada gətizdirib, qızı Ümmül Fəzli ona verib. Bir müddət sonra İmam (ə) Məmunun münasibətindən çox narahat olub, Həcc əməlini yerinə yetirmək üçün Məkkəyə gedib. Sonra Mədinəyə gedib, Məmun cəhənnəmə vasil olana qədər orada qalıb. Sonra Məmunun qardaşı Mötəsim xəlifə seçilib. O, İmama (ə) qarşı xüsusi həsəd bəsləyirmiş. İmamı (ə) Ümmül Fəzl ilə birlikdə Bağdada gətirib. İmam Cavad (ə) Mədinədə şiələrin böyükləri və etimadlı şəxslərin qarşısında özündən sonra imamətliyin oğlu Hadiyə (ə) keçəcəyini bildirərək onu hamıya tanıdıb.

İmam Cavad (ə) hicrətin 220-ci ili məhərrəm ayının 28-də Bağdada daxil olub. Ümmül Fəzl əmisi Mötəsimin (bir rəvayətə əsasən isə Cəfər ibn Məmunun) təhriki ilə İmam Cavadı (ə) 25 yaşında zəhərləyib.[5]

Mənbələr

[1] Şeyx Kuleyni - Əl-Kafi, c 2, səh 541, Təbərsi - Elamul-vəra, c 2, səh 106, Şeyx Müfid - Əl-İrşad, c 2, səh 295, Əbil Həsən İrbili - Kəşful-ğəmmə, c 2, səh 370, Şeyx Bəhauddin Amuli - Tovzihul-məqasid, səh 29, Mühəddis Qumi - Feyzul-əlam, səh 103, Əllamə Məclisi - Biharul-ənvar, c 50, səh 8, 10, Zəbihullah Məhəllati - Qəlaidun- nehvər, Zilqədə cildi, səh 279

[2] Əllamə Məclisi - Biharul-ənvar, c 50, səh 11-17

[3] Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 300

[4] Şəhri Ehqaqul-həqq, c 12, səh 414, 416

[5] Zəbihullah Məhəllati - Qəlaidun- nehvər, Zilqədə cildi, səh 279

Teqlər