İmam Cavadın (ə) mövludu
İmam Cavadın (ə) mövludu
Məşhur rəvayətə əsasən İmam Cavad (ə) hicrətin 195-ci ili rəcəb ayının 10-da dünyaya göz açıb.[1] İmam Cavadın (ə) mövludu ilə əlaqədar müxtəlif rəvayətlər qeyd olunub: mübarək ramazan ayının 17-i, 15-i[2], zilqədə ayının sonu, rəcəb ayının 13.[3]
Atası İmam Rza (ə), anası cənab Səbikə və ya Dürrədir. İmam Rza (ə) onun adını «Xeyzəran» adlandırmışdı.[4] Adı Məhəmməd, künyəsi Əbu Cəfər, məşhur ləqəbləri Təqi və Cəvaddır. Həzrət Rza (ə) o Həzrəti (ə) künyəsi ilə çağırar və buyurardı: «Əbu Cəfər mənə məktub yazıb.»
O Həzrətdən (ə) gələn məktublar gözəllik və əzəməti ilə seçilirdi. İmam Rza (ə) ona məktub yazmaq istədikdə çoxlu ehtiram və böyüklüklə xitab edərdi.[5]
Bir gün az yaşlı İmam Cavadı (ə) atası İmam Rzanın (ə) yanına gətirdilər. O Həzrət buyurdu: -Bu, elə bir şəxsdir ki, şiə üçün ondan bərəkətli bir şəxs dünyaya gəlməyib.[6]
Çünki, İmam Rzanın (ə) 40 yaş bir neçə ay ömründən keçməsinə baxmayaraq hələ də övladı yox idi. Bəzi şiələr İmamətlik barədə nigaran qalmışdılar. Allah Təala İmam Cavadı (ə) İmam Rzaya (ə) verdikdə insanların nigarançılığı, şəkk-şübhəsi aradan getdi.
O Həzrətin (ə) altı övladı olub: Əbul Həsən Həzrət Hadi (ə), Əbu Talib (Zeyd), Əbu Cəfər (Musa Mübərrəq), Həkimə xatun, Xədicə xatun, Ümmi Külsüm.[7]
Mənbələr
[1] Təbərsi – Elamul-vəra, c 2, səh 435, Əbu Cəfər ibn Şəhraşub – Mənaqibi ali Əbu Talib (ə), c 4, səh 379, Əllamə Məclisi - Zadul-məad, səh 20, Mühəddis Qumi - Feyzul-əlam, səh 299, Şeyx Tusi - Misbahul-mütəhəccid, səh 741, Əllamə Məclisi – Biharul-ənvar, c 50, səh 7-14
[2] Feyz Kaşani – Təqvimul möhsinin, səh 11
[3] Əllamə Məclisi - Zadul-məad, səh 21, Şeyx Tusi - Misbahul-mütəhəccid, səh 754
[4] Təbərsi – Elamul-vəra, c 2, səh91, Əllamə Məclisi – Biharul-ənvar, c 50, səh 7
[5] Şeyx Səduq Uyuni əxbarir -Rza (ə), c 2, səh 240
[6] Mühəddis Qumi – Ənvarul-bəhiyyə, səh 125, Şeyx Kuleyni – Əl-Kafi, c 1, səh 321, Şeyx Müfid - Əl-irşad, c 2, səh 279
[7] Zəbihullah Məhəllati – Tarixi Samirra, c 3, səh 302




