Mövlud Hicri-qəməri: 1 Rəcəb Miladi:

İmam Baqirin (ə) mövludu

İmam Baqirin (ə) mövludu

Hicrətin 57-ci ili rəcəb ayının 1-i cümə günü İmam Məhəmməd Baqir (ə) Mədinə şəhərində dünyaya göz açıb.[3]

O Həzrətin (ə) mübarək adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri Baqirul-ulum, Hadi, Əmin və Şəbihdir. Axırıncı ləqəbi Peyğəmbərə (s) çox oxşar olduğu üçün verilib.[4]

Atası İmam Zeynəlabidin Əli ibn Hüseyn (ə), anası İmam Həsənin (ə) qızı Fatimədir (ə).[5]

İmam Baqir (ə) ilk ələvidir ki, nəsli həm ata həm də ana tərəfdən Peyğəmbərə (s) Əliyə (ə) və Fatiməyə (ə) yetişir.

İmam Sadiq Ümmi Abdullah (İmam Həsənin (ə) qızı Fatimə) barəsində buyurur: «İmanlı, təqvalı və yaxşı işlər görən qadınlardan idi»[6]

Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: «İmam Həsənin (ə) övladları arasında onun kimisi yox idi.»

Bu qadının şərafət və əzəməti barəsində bunu demək kifayətdir ki, o, səcdə edənlərin ağası Əli ibn Hüseyn (ə) və İmam Baqirlə (ə) birlikdə Kərbəla hadisəsində iştirak edib. Onlarla birlikdə, Zeynəb (ə) və digər Əhlibeytdən olanlarla əsir aparılıb, Kufə və Şamda baş verənləri görüb.

Mənbələr

[3] Əllamə Məclisi - Zadul-məad, səh 20, Şeyx Tusi - Misbahul-mütəhəccid, səh 737, Mühəddis Qumi - Feyzul-əlam, səh 294, Əbu Cəfər ibn Şəhraşub – Mənaqibi ali Əbu Talib (ə), c 4, səh 227, Təbərsi – Elamul-vəra, c 1, səh 435, Şeyx Müfid – Məsaruş-şiə, səh 33, Zəbihullah Məhəllati – Qəlaidun- nehvər, Rəcəb cildi, səh 4, Əllamə Məclisi – Biharul-ənvar, c 46, səh 212

[4] Əbu Cəfər ibn Şəhraşub – Mənaqibi ali Əbu Talib (ə), c 4, səh 227

[5] Əllamə Məclisi - Zadul-məad, səh 20, Şeyx Tusi - Misbahul-mütəhəccid, səh 737, Mühəddis Qumi - Feyzul-əlam, səh 294, Əbu Cəfər ibn Şəhraşub – Mənaqibi ali Əbu Talib (ə), c 4, səh 227

[6] Tüstəri – Təvarixun-nəbi vəl-Ali (ə), səh 47

Teqlər