İmam Baqir (ə) şəhadəti
İmam Baqir (ə) şəhadəti
Hicrətin 114-cü ili bu gün İmam Baqir (ə) Hişam ibni Əbdül Məlikin vasitəsi ilə zəhərlənib şəhadətə çatdı[1]. Şəhadət gecəsi İmam Sadiqə buyurdu: «Mən bu gecə dünyadan köçəcəyəm. İndi atam Əli ibni Hüseyni gördüm ki, gözəl bir şərbəti mənə verdi, içdim və mənə haqqın görüşünü, əbədi həyatı müjdə verdi».
Digər rəvayətdə buyurur: «Ey əziz övladım, məgər eşitmədin ki, Həzrət Əli ibn Hüseyn (ə) divarın tayından məni çağırdı?»
Həzrət (ə) bir neçə gün, bir rəvayətə əsasən 3 gün zəhərin təsirindən ağrı çəkdi və şəhid oldu. O günün səhəri ilahi elmin dəryası olan İmam Baqiri (ə) Bəqi qəbristanlığında İmam Həsən (ə) və İmam Səccadın (ə) qəbirlərinin kənarında torpağa tapşırdılar.[2]
Həzrət (ə) öz matəm mərasimi üçün səkkiz yüz dirhəm vəsiyyət etdi.
Həzrət Sadiq (ə) buyurur: «Atam buyurub: «Ey Cəfər, mənim malımdan bir qədərini bəxş et ki, matəm mərasimində olanlar 10 il minada həcc mərasimində mənə ağlasınlar və matəm mərasimini təzələsinlər»».[3] İmam Baqir (ə) Kərbəla hadisəsində iştirak edib, on birinci gecəni, Kufə bazarını, kəsilmiş başları, Şam əsirliyini və Yezidin məclisini görüb. O, həmişə Hüseyn ibni Əlinin (ə) şəhadətindən danışıb bibisinin əsirliyini xatırlayanda gözlərindən yaş axıb.
Mənbələr
[1] Mühəddis Qumi - Feyzul-əlam, səh 110, Şeyx Bəhauddin Amuli - Tovzihul-məqasid, səh 29
[2] Mühəddis Qumi - Feyzul-əlam, səh 110, Şeyx Kuleyni - Əl-Kafi, c 2, səh 495, Əbu Cəfər Məhəmməd ibn Həsən ibn Fərux Səfar - Bəsairud-dərəcat, səh 141, Mühəddis Qumi - Ənvarul-bəhiyyə, səh 69
[3] Mühəddis Qumi - Feyzul-əlam, səh 110, Şeyx Kuleyni - Əl-Kafi, c 2, səh 495, Əbu Cəfər Məhəmməd ibn Həsən ibn Fərux Səfar - Bəsairud-dərəcat, səh 141, Mühəddis Qumi - Ənvarul-bəhiyyə, səh 69




