Digər Hicri-qəməri: 20 Zilhiccə Miladi:

İbrahim ibn Malik Əştərin ibn Ziyadla müharibəsi

İbrahim ibn Malik Əştərin ibn Ziyadla müharibəsi

Cənab Muxtar Kufəni qatillərdən təmizlədikdən sonra bu gün İbrahim ibn Malik Əştər 12 min nəfərlə ibn Ziyadla müharibə etmək üçün Kufədən xaric oldu.

İbrahimin ordusu Musilin 5 fərsəxliyindəki Xazir çayının kənarına getdi və oranı qərargah təyin verdi. Übeydullah Mosula gəldi. 30 min ya 80 min nəfərlə İbrahimin ordusu ilə döyüşməyə hazırlaşdı. Müharibədən qabaqkı gecə İbrahim ibn Malikin gözlərinə yuxu getmədi və bu sözləri dəfələrlə öz ordusu üçün təkrar etdi: -Camaat! Dinin müdafiəçisi və Əlinin (ə) şiəsisiniz və budur Hüseyn ibn Əlinin (ə) qatili Ubeydullah ibn Mərcanə. Budur Fatimənin (ə) övladını susuz qoyan. O, Peyğəmbərin (s) oğlunun yolunu kəsib onun getməsinə mane oldu. Köməkçilərini tutub susuz şəhid edərək ailəsini kənizlər kimi dəvələrə mindirib Şama apardı. Allaha and olsun, bunların Peyğəmbər (s) nəslinə etdiklərini Fironun adamları Bəni İsrailə etməmişdilər. Sonra İbrahim dua etdi ki, Allah onlara kömək olsun.

Sübh vaxtı müharibə başlandı. Nəhayət bir neçə gün müharibədən sonra Übeydullah ibn Ziyadın ordusu qaçdı.

Hicrətin 67-ci ili Aşura günü Übeydullah ibn Ziyad İbrahim ibn Malik Əştər Nəxəinin əmri ilə cəhənnəmə vasil oldu. Onun başını Muxtar üçün göndərdilər.[1]

Mənbələr

[1] Əllamə Məclisi - Biharul-ənvar, c 45, səh 380, Zəbihullah Məhəllati - Fərsanul-həyca, c 2, səh 235, 238

Teqlər