Vəfat Hicri-qəməri: 10 Məhərrəm Miladi:

İbn Ziyadın qətli

İbn Ziyadın qətli

Hicri tarixi ilə 67-ci ildə Aşura günü İbn Ziyad Muxtarın göstərişilə əməllərinin zahiri cəzasını alaraq öldürüldü.[7] İbn Ziyadla bərabər Həsin ibn Nəmir və İmam Hüseynin (ə) qatillərinin bir qrupu da öldürüldü.[8]

İbn Ziyad Malik Əştər Nəxəinin oğlu İbrahimin əli ilə öldürüldü və başı Muxtar üçün göndərildi. Muxtar da onu İmam Zeynəl Abidin (ə) üçün göndərdi. Onun başını gətirdikdə İmam yemək yeyirdi. O, şükr səcdəsi yerinə yetirib buyurdu: «Biz İbn Ziyadın yanına aparılanda o da yemək yeyirdi. Mən Allahdan istədim ki, onun başını öz yemək məclisimdə görməmiş dünyadan getməyim. Necə ki, atamın başı onun qabağında olarkən yemək yeyirdi. Allah Muxtara savab versin ki, bizim qanımızı aldı».

Sonra Həzrət (ə) səhabələrinə buyurdu: «Hamınız şükr edin!»

Mənbələr

[7] Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 90, Zəbihullah Məhəllati – Qəlaidun- nehvər, Zilhiccə cildi, səh 424, İstiab, c 1, səh 396, İbn Kəsir – Əl-bidayə vən-nihayə, c 8, səh 310

[8] Əllamə Əli Nəmazi Şəhrudi – Mustədrəku səfinətil-bihar, c 5, səh 215

Teqlər