Hüzeyfə ibn Yəmanın vəfatı
Hüzeyfə ibn Yəmanın vəfatı
Hüzeyfə, Peyğəmbərin (s) və Əlinin (ə) böyük səhabələrindən idi. Hüzeyfənin atası Ühüd müharibəsində səhvən müsəlmanlardan birinin əli ilə öldürüldü.
Hüzeyfə, Fatiməyə (ə) namaz qılan 7 nəfərdən biri idi. O, münafiq səhabəni tanıyırdı. Qədir Xum hadisəsindən sonra Peyğəmbərin (s) ölümünü planlaşdıran münafiqlər istəyirdilər ki, yolda dağın yanından keçən zaman Həzrətin (s) dəvəsini qorxutsunlar. Bununla da dəvə Peyğəmbəri (s) dərəyə salaraq öldürsün. Amma Cəbrail (ə) bunu Peyğəmbərə (s) çatdırdı.
Peyğəmbər (s) həmin yerə çatdıqda, münafiqlər üzləri bağlı o dağdan üzü aşağı içi daşla dolu qablar atmağa və nərə çəkərək müxtəlif səslər çıxartmağa başladılar. Amma Əmmar dəvənin yəhərini tutmuşdu, Hüzeyfə də o Həzrətin (s) yanında idi. Nəhayət ürəkləri kor olan münafiqlərin hiyləsi su üzərində şəkil çəkməyə bənzədi.
Peyğəmbər (s) həmin münafiqləri Hüzeyfəyə tanıtdırdı. Onlar aşağıdakılardan ibarət idi: Əbubəkr, Ömər, Osman, Übeydə, Məaz ibn Cəbəl, Salim, Müaviyə, Əmr As, Təlhə, Səd ibn Əbi Vəqqas, Əbdül Rəhman ibn Ovf, Əbu Musa Əşəri, Müğeyrə ibn Şöbə və Əbu Hüreyrə.
Hüzeyfə onların hamısını yadında saxladı. Elə buna görə xilafəti qəsb edənlər Hüzeyfədən qorxurdular ki, onları camaata tanıtdırar.
Hüzeyfə hər cənazənin dəfnində iştirak etməzdi. Camaat bununla ölənin münafiqlərdən olduğunu bilərdi. Maraqlısı budur ki, Ömər özünün münafiqliyinin üstünü örtmək üçün Hüzeyfədən soruşurdu: «Əgər bu şəxs munaqiflərdəndirsə, de. Mən də onlara namaz qılmayım».[1]
Bu böyük şəxsiyyət Həzrət Əlinin (ə) zahiri xilafətindən 40 gün keçmiş Mədaində dünyadan köçdü.[2] O, ölümündən qabaq iki oğlu Səfvan və Səidə vəsiyyət etdi ki, həmişə Həzrət Əlidən (ə) muğayat olsunlar. Onlar atalarının vəsiyyətinə əməl etdilər və Siffeyn müharibəsində şəhadətə çatdılar.
Mənbələr
[1] İbn Əsir – Əsədul-ğabə fi mərifətis-səhabə, c 1, səh 391, Mühəddis Qumi - Müntəhal-amal, c 1, səh 120
[2] Əllamə Əli Nəmazi Şəhrudi – Mustədrəku səfinətil-bihar, c 5, səh 212, Məhəmməd Baqir Məlbubi – Əl-vəqayə vəl-həvadis, c 4, səh 308, Məhəmməd Hirzuddin - Məraqidul-məarif, c 1, səh 242




