Digər Hicri-qəməri: 30 Zilqədə Miladi:

Hüdeybiyyə sülhü

Hüdeybiyyə sülhü

Hicrətin 6-cı ili zilqədə ayında Peyğəmbər (s) Ümrə əməllərini yerinə yetirmək üçün Məkkəyə getdi.[6] Həzrətlə bərabər 1220 və ya 400 müsəlman səfərə çıxmışdı. Qurbanlıq üçün 70 dəvə götürmüşdülər. Onlar «Şəcərə» məscidində ehram bağladılar. Məkkənin Hüdeybiyyə adlı bir yerində quyunun kənarında dayandılar. Tez bir zamanda quyunun suyu qurtardı. Bu xəbəri Peyğəmbərə (s) dedilər. Həzrət (s), nübüvvət möcüzəsi ilə quyunun suyunu artırdı. Su çeşmə kimi qaynadı.

Kafirlər onların Məkkəyə daxil olmasının qarşısını aldı. Həzrət öz səhabələrindən «Beyəti Rizvan» adlı beyət aldı. Belə qərara gəlindi ki, Həzrət (s) gələn il Həcc və Ümrəni yerinə yetirsin. Müsəlmanlarla kafirlər arasında sülh imzalandı. Orada bildirilirdi ki, 10 il müharibə etməyəcəklər. Bir qrup səhabə bu sülhdən narahat oldular. Ömər ibni Xəttab dedi: «Məhəmmədin nübüvvətinə Hüdeybiyyədə etdiyim şəkk kimi şəkk etməmişdim».[7]

O, Peyğəmbərə (s) dedi: «Biz necə bu xarlığa boyun əyək və bu sülhə razılıq verək?»

Həzrət (s) buyurdu: «Mən Allahın Peyğəmbəriyəm və Allahın hökmündən başqa bir iş görmürəm.

Ömər dedi: «Sən bizə dedin ki, Məkkəyə gedirik və Ümrə yerinə yetirəcəyik. Bəs nə oldu?»

Peyğəmbər (s) buyurdu: «Mən məgər bu il bu işin baş tutacağını dedim?»

Ömər dedi: «Xeyr!»

Peyğəmbər (s): «Bəs niyə mübahisə edirsən?»

Hüdeybiyyədən qayıdarkən «Fəth» surəsi nazil oldu.[8]

Mənbələr

[6] İstiyab, c 4, səh 1917

[7]Əbulfəth Kəracəki - Ət-təəccüb, səh 59

[8] Mühəddis Qumi - Müntəhal-amal, c 1, səh 76, Əllamə Məclisi - Biharul-ənvar, c 20, səh 316,317, 335, c 18, səh 37, c 86, səh 111

Teqlər