Vəfat Hicri-qəməri: 6 Rəbiüs-sani Miladi:

Hişam ibn Əbdül Məlikin ölümü

Hişam ibn Əbdül Məlikin ölümü

Hicrətin 125-ci ili rəbius-sani ayının 6-da üçüncü gün Rəsafədə Hişam ibn Əbdül Məlik cəhənnəmə vasil olub.[1] O, bədəxlaq, kobud, paxıl və mal toplamağa həris bir şəxs idi. Zeyd ibn Əli ibn Hüseynin (ə) ölümünə göstəriş vermişdi. İmam Baqiri (ə), İmam Sadiqi (ə) Şam şəhərinə aparmış, onlara çoxlu əziyyətlər vermişdi. Nəhayət İmam Baqiri (ə) şəhid etdi. 19 il, 9 ay, 10 gün xəlifəlik edərək 53 yaşında öldü.

Səffahın zamanında Bəni Üməyyənin qətli başlanmışdı. Onların qəbirlərini açdılar, tapdıqlarını isə yandırdılar. Növbə Vəlidin qəbrinə çatdıqda ordan bir şey tapmadılar. Əbdül Məlikin isə bəzi qalıqları qalmışdı. Hişamın qəbri açıldıqda onun bədəni hələ çürüməmişdi. Bədəninə 80 şallaq vurub, yandırdılar və gülünü çaya tökdülər.

Bəzilərinin dediyinə əsasən hişama vurulan 80 şallağın səbəbi onun Zeydin anasına zina nisbəti verməklə şallaqlaması idi.[2]

Mənbələr

[1] Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 128

[2] Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 118, 127, Zəbihullah Məhəllati - Qəlaidun- nehvər, Rəbis-sani cildi, səh 191, Mühəddis Qumi - Feyzul-əlam, səh 228

Teqlər