Vəfat Hicri-qəməri: 30 Zilhiccə Cari il üçün uyğun Miladi tarix yoxdur.

Hindin ölümü

Hindin ölümü

Hicrətin 13-cü ili Əbu Qəhafə ölən gün Əbu Süfyanın arvadı Müaviyənin anası cəhənnəmə vasil oldu[2]. Hind zahirdə Əbu Süfyanın arvadı, Müaviyənin, Ütbənin və Yezidin anası idi.[3] O, əxlaqsız qadın olması ilə çox məşhurlaşmışdı. Qara dərili qulamlarla yaxınlıq edib, qara dərili uşaq dünyaya gətirdikdə öldürurdü.

Müaviyyəni 4 kişiyə nisbət verirlər. Müsafir ibi Əli Əmir, Əmmarə ibni Vəlid ibni Müğeyrə, Abbas və Əmmarə ibn Vəlidin müğənnisi olan Səbah. Xoş simalı bu cavan Əbu Süfyanın işcisi idi. Hindin onunla xüsusi yaxınlığı var idi. Ütbə ibni Əbu Süfyanın da Səbahdan olduğu bildirilir.[4] Hind Müaviyəyə hamilə idi. Onu evdə dünyaya gətirmə istəmədi. Buna gorə Əcyad dağının kənarına gəldi və orada doğdu. Bu dəlilə gorə Həssan deyir: Məkkə çölündə beşiksiz dünyaya gələn övlad kimdəndir?![5]

Müaviyə ailəsinin İslamla düşmənciliyi.

Bu qadın və bu kişidən dünyaya gələn oğlanları Müaviyə, nəvələri Yezid həmişə Peyğəmbər (s), Əli (ə), İmam Həsən (ə) və İmam Hüseynə (ə) əziyyət veriblər. Bütün bunlar tarix kitablarındakı rəvayətlərdə geniş surətdə qeyd olunub.

O cümlədən Qüreyş kafirləri Ühüdə tərəf hərəkət etdikdə Hind, Peyğəmbərin (s) anasının qəbrini açmaq istəyirdi. Çünki Hindin atası, anası və əmisi Bədr döyüşündə öldürülmüşdü. Amma Qüreyş kafirləri buna mane olub dedilər: «Bu, adətə çevriləcək və bizim ölülərimizi də belə edəcəklər».

Hind dedi: «Gərək Məhəmməd əhlini, ya da Həmzəni öldürüm!»

O, Vəhşini bu iş üçün seçib ona vədlər verli.

Vəhşi dedi: «Məhəmməd və Əlini öldürməyə qadir deyiləm, amma Həmzəni öldürmək üçün pusquda dayanaram». O, Hindin göstərişi ilə Həmzəni bu yolla şəhadətə çatdırdı. Hindin göstərişinə gorə Vəhşi Həmzənin sinəsini yarıb ciyərini çıxardı. Hind ciyəri it kimi dişinə çəkmək istəsə də dişləri kəsmədi və ciyər gümüşü daş rəngini aldı.

O gündən Hind «Akilətül-əkbad» (ciyər yeyən) ləqəbini aldı. Sonra özü xəncərlə Həmzənin baş üzvlərini kəsdi. Bu cinayəti ilə o, Peyğəmbərə (s) əziyyət verdi. Buna görə də Peyğəmbər (s), Əli (ə), Fatimə (ə), Həmzənin bacısı Səfiyyə və başqaları bu müsibətə ağladılar. Bütün bu cinayətlərə baxmayaraq Peyğəmbər (s) Hind və həyat yoldaşının İslama gəlməsini qəbul etdi.

İbn Əbil Hədid deyir: Hind bir dəstə Qüreyş qadınları ilə Peyğəmbərin (s) yanına gəldi. O, üzünə niqab salıb özünü gizlətmişdi. Çünki Peyğəmbərə (s) qarşı zidd işlər yerinə yetirmişdi. Xüsusilə Həmzəni öldürmüşdü. Qorxurdu ki, Peyğəmbər (s) onu cəzalandırsın.

Həzrət onlardan əhd-peyman aldı ki, Allaha şərik qoşmasınlar. Bundan başqa şərtləri də bəyan etdi və onlar bunu qəbul etdilər.

Hind danışdığı zaman onun Əbu Süfyanın həyat yoldaşı olduğu məlum oldu.

Həzrət buyurdu: «Sən Hindsən?»

Dedi: «Bəli».

O, zahirdə şəhadət deyib bağışlanmaq istədi.

Peyğəmbər (s): «Bir daha zina etməməlisən».

Hind dedi: «Məgər azad qadın zina edərmi?»

Peyğəmbər (s): «Uşaqları öldürməməlisən».

Hind dedi: «Öz canıma and olsun ki, mən uşaqları böyütdüm, amma siz onları Bədrdə öldürdüz».

Mənbələr

[2] Əllamə Məclisi - Biharul-ənvar, c 18, səh 17, Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 43,

[3] Əllamə Məclisi - Biharul-ənvar, c 20, səh 549, Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 50, Molla Haşim Xorasani - Müntəxəbut-təvarix, səh 51,

[4] Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 46, 47

[5] Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 47

Teqlər