Həzrət Zeynəbin (ə) vəfatı
Həzrət Zeynəbin (ə) vəfatı
Hicrətin 62-ci ili rəcəb ayının 15-də müsibətlər anası Həzrət Zeynəb Kubra (ə) dünyadan köçüb.[3] Kərbəla hadisəsindən sonra onun ömrü ah-nalə etmək və ağlamaqla, Kərbəlanı, əsirliyi xatırlamaqla keçirdi.
O xanımın əzəməti barədə Şeyx Səduqun buyurduğunu qeyd etmək kifayətdir: "Xanım Zeynəb (ə) İmam Hüseyn (ə) tərəfindən xüsusi naib seçilmişdi. Bu, İmam Zeynəlabidinin (ə) sağalmasına qədər davam etdi.[4]
Zeynəbin ad qoyma mərasimi.
Xanım Zeynəb (ə) dünyaya göz açdıqda Cəbrail (ə) Allah tərəfindən Peyğəmbərə (s) nazil olub buyurdu: -Ya Rəsuləllah, bu qızın adını “Zeynəb” qoy.
Cəbrail bunu deyib ağladı.
Peyğəmbər (s) soruşdu: -Ağlamağının səbəbi nədir?
Dedi: Həqiqətən bu qız ömrünün əvvəlindən sonuna qədər əziyyət, dərd və bəla ilə yaşayacaq. Bəzən sizin, bəzən isə ata və anasının, bəzən də qardaşı İmam Həsənin (ə) ayrılığının dərdini çəkəcək. Hamısından artıq isə Kərbəla hadisəsinin müsibətləridir.
Əhlibeyt (ə) bu xəbəri eşidib kədərlənərək ağladı. Peyğəmbər (s) də üzünü Zeynəbin (ə) üzünə qoyub ağladı.
Həzrət Fatimə (ə) buyurdu: -Ata, niyə ağlayırsan? Allah sənin gözlərini heç vaxt ağlatmasın.
Peyğəmbər (s) buyurdu: -Ey Fatimə, bizdən sonra bu qız bəlalara və müsibətlərə düçar olacaq.
Həzrət Fatimə (ə) buyurdu: -Qızım Zeynəb (ə) üçün ağlayan kəs nə savab qazanar?
Həzrət (ə): -Ey canımın yarısı və gözümün nuru, hər kim ona və onun müsibətlərinə ağlasa, İmam Hüseynə (ə) ağlayarkən aldığı savabı alar. Sonra Peyğəmbər (s) onun adını Zeynəb qoydu.[5]
Zeynəb (ə) Kərbəla hadisəsindən 1 il bir neçə ay sonra qəlbi Kərbəla müsibətləri ilə dolu halda öz evində dünyadan köçdü və evində dəfn olundu.
Onun (ə) vəfatının rəcəb ayının 14-də və ramazan ayının 10-da baş verdiyini nəql edənlər də vardır.[6]
Mənbələr
[3] Cəfər Nəqdi – Zeynəbul-Kubra (ə), səh 114, Şeyx Məhəmməd Məhdi Hairi Mazəndərani – Məalis-sibteyn, c 2, səh 225
[4] Şeyx Məhdi Mazəndərani – Şəcəreyi Tuba, c 2, səh 392
[5] Zəbihullah Məhəllati – Rəyahinuş-şəriə, c 3, səh 38-39
[6] Məhəmməd Baqir Məlbubi – Əl-vəqayə vəl-həvadis, c 1, səh 113




