Həzrət Zəhranın (ə) şəhadəti
Həzrət Zəhranın (ə) şəhadəti
İmam Rza (ə) buyurur: «Həqiqətən Fatimə (ə) düz danışan və şəhiddir.»[2]
Hicrətin 11-ci ili bu gün Peyğəmbərin (s) vəfatından 95 gün sonra həftənin ikinci günü Həzrət Zəhranın (ə) məzlumanə şəhadət günüdür.[3]
Peyğəmbərin (s) şəhadətindən və dəfnindən sonra üç dəfə Əli (ə) və Fatimənin (ə) evinə hücum edib hər dəfə müxtəlif yollarla Əhlibeytə (ə) təcavüz etdilər. Hücumların birində o Həzrətin (ə) evinin qapısını yandırdılar. Zorla evə daxil oldular.
Bu zaman Həzrət Fatimə (ə) qapının arxasında idi. Onun qapı arxasında olmasını bilmələrinə baxmayaraq zorla qapını açdılar. Qapıda olan mismar o Həzrətin (ə) sinəsinə əziyyət verdi, bətnindəki uşaq (Möhsin) siqt oldu, qabırğaları isə sındı. Həzrət Zəhra (ə) bihuş yerə yıxıldı, Həzrət Əlini (ə) ayaqyalın və əlləri bağlı məscidə tərəf apardılar.
Həzrət Zəhra (ə) ayıldıqdan sonra Əlinin (ə) arxasınca getdi. Onu aparmaqlarına imkan vermirdi. Küçədə həyat yoldaşı Əlinin (ə) gözü qarşısında qamcı və qılıncın qını ilə vuruldu. Bəzi rəvayətlərə əsasən onun qollarından qan axırdı. O, yenidən bihuş halda yerə yıxıldı.
Fatimənin (ə) hüznlü günləri.
Bu faciəli hadisələrdən sonra Fatimə (ə) bəzən ürəyi sınıq, hüznlü halda Ühüd şəhidlərinin qəbirlərinin kənarına gedərək ağlayır, Allahdan öz ölümünü istəyirdi.
Yavaş-yavaş bədəninin ağrıları və yaraları çoxaldı. Ondan sonra Mədinənin yaxınlığında bir ağacın altında əyləşərək ağlayıb nalə edərdi. Münafiqlər o ağacı da kəsdilər. Bundan sonra Əmirəl-möminin (ə) orada bir kölgəlik düzəltdi ki, «Beytul-əhzan» adı ilə məşhurlaşdı.
Günbəgün onun xəstəliyi artırdı. Yaralı və sınmış sinəsi, siqt olunmuş Möhsin, Peyğəmbərin (s) qəmi, Əlinin (ə) məzlumiyyəti...
İş o yerə çatdı ki, bu hadisələr Həzrəti (ə) xəstəlik yatağına saldı. Öz vəsiyyətlərini Əmirəl-mömininə (ə) buyurdu: -Mənə gecə qüsl ver, kəfənləyib dəfn et. Qəbrim gizli olsun, Əbu Bəkr və Ömər cənazəmin aparılmasında, namazda iştirak etməsinlər.[4] Aişə və ondan başqası da cənazəmdə iştirak etməsin.[5]
Mədinə Fatimənin (ə) şəhadətində.
Həzrət (ə) şəhid olduğu gün Mədinə şəhəri Peyğəmbər (s) şəhadətə çatdığı gün kimi idi. Qadın-kişi, böyük-kiçik hamı ağlayaraq nalə edirdi. Qüsl verilən zaman Əli (ə), Həsən və Hüseyn (ə), Zeynəb və Külsüm (ə), Fizzə və Əsma binti Ümeys iştirak edirdilər. Sonra Əlinin (ə) seçilmiş səhabələrindən olan Səlman, Əbuzər, Miqdad, Əmmar və s. dəfndə iştirak etdilər. Bəqidə 40 qəbir hazırladılar və hər birinin üzərinə bir qədər su tökdülər.[6]
O günün səhəri münafiqlər qəbri açmaq istədilər, amma Əmirəl-möminin (ə) icazə vermədi. Həzrətin (ə) dəfn olunma məkanı ilə əlaqədar müxtəlif ehtimallar vardır. Xanım Zəhranı Peyğəmbər (s) məscidində, öz hücrəsində (indiki dövrdə bu məscidin səhnidir) minbər və mehrabın arasında, Bəqi qəbristanlığında ziyarət etmək barədə rəvayətlər vardır.
Həzrətin ömrü 18 il 60 gün və ya 90 gün olub. Şəhadət ili isə hicrətin 11-ci ilidir.
Həzrət Zəhranın (ə) şəhadəti ilə əlaqədar müxtəlif nəzərlər.
Həzrət Zəhranın (ə) şəhadəti ilə əlaqədar nəzərlər aşağıdakılardan ibarətdir:
1) Peyğəmbərin (s) şəhadətindən 40 gün sonra (rəbius-sani ayının 8-i)[7]
2) 45 gün sonra (rəbius-sani ayının 13-ü)[8]
3) Peyğəmbərin (s) şəhadətindən 60 gün sonra[9]
4) Peyğəmbərin (s) şəhadətindən 72 gün sonra[10]
5) Peyğəmbərin (s) şəhadətindən 75 gün sonra[11]
6) Peyğəmbərin (s) şəhadətindən 90 gün sonra[12]
7) Peyğəmbərin (s) şəhadətindən 95 gün sonra (cəmadis-sani ayının 3-ü)[13]
8) Peyğəmbərin (s) şəhadətindən 100 gün sonra (cəmadis-sani ayının 8-i)[14]
9) Peyğəmbərin (s) şəhadətindən 112 gün sonra (cəmadis-sani ayının 20-i)[15]
10) Peyğəmbərin (s) şəhadətindən 4 ay sonra[16]
11) Rəcəb ayının 21-i[17]
12) Rəcəb ayının 25-i[18]
13) Mübarək ramazan ayının 3-ü[19]
14) Peyğəmbərin (s) şəhadətindən 8 ay sonra.[20]
Həzrəti Fatimənin (ə) şəhadəti ilə əlaqədar yaxşı olar ki, bəzi mənbələrə müraciət edək.
Evinin qapısının yandırılması ilə əlaqədar aşağıdakı mənbələrə müraciət edə bilərsiniz:
«Əvalim» cild 11, səh. 400, 404, 441, 343.
«Mutəmir Üləmai Bağdad» səh. 135-137.
«İsbatul-vəsiyyə» səh. 143.
«Əl-Ğədir» cild 6, səh. 391.
«İrşadul-qulub» Deyləmi
«Kəşful-murad» səh. 402, 403.
«Nəvaibud-duhur» səh. 192.
«Hilyətul-əbrar» cild 2, səh. 652.
Həzrətin (ə) qabırğasının sınması ilə əlaqədar aşağıdakı mənbələrə müraciət edə bilərsiz:
«Fəraidus-səmteyn» cild 2, səh. 34, 35.
«Əmali» Səduq, səh. 99-101.
«İsbatul-Hüda» cild 1, səh. 280-281.
«Bələdul-əmin» səh. 551, 552.
«Təriqətul-irşad» səh. 465.
«İqbalul-əmal» səh. 625.
«Biharul-ənvar» cild 97, səh. 200, cild 28, səh. 268, 270.
«Əvalim» cild 11, səh. 400-404.
Həzrətə (ə) qamcı vurulması ilə əlaqədar aşağıdakı mənbələrə müraciət edə bilərsiniz:
«Əmali» Səduq, səh. 99,101,118.
«Mənaqib» İbn Şəhraşub, cild 2, səh. 209.
«Təfsiri-burhan» cild 2, səh. 434.
«Hilyətul-əbrar» cild 2, səh. 652.
«Sirətul-əimmətil-isna-əşər» cild 1, səh.132.
«İlamun-nisa» cild 4, səh. 124.
«Fəraidus-səmteyn» cild 2, səh. 34, 35.
«Süleym İbn Qeys» cild 2, səh. 585, 586, 587, 674, 675,907.
«Biharul-ənvar» cild 28, səh. 297, 299.
«İhticac» cild 1, səh. 210, 216.
Həzrətə (ə) sillə vurulması ilə əlaqədar aşağıdakı mənbələrə müraciət edə bilərsiz:
«Sirətul-əimmətil-isna-əşər» cild 1, səh. 132.
«Məsatuz-Zəhra» 3 cild 1, səh. 164-193.
«Əl-əsrarul-Fatimiyyə» səh. 135.
Həzrət Möhsinin (ə) şəhadəti ilə əlaqədar aşağıdakı mənbələrə müraciət edə bilərsiz:
«İsbatul-vəsiyyət» səh. 143.
«Əl-vafi bil-vəfiyyat» cild 6, səh. 17.
«İlamun-nisa» (tərcüməsi) cild 2, səh. 317.
«Fəraidus-səmteyn» cild 2, səh. 34-35.
«Əmali» Səduq, səh. 99-101.
«Bəşarətul-Mustəfa» səh. 197-200.
Həzrət Fatimənin (ə) öz əcəli ilə yox, şəhadətə çatması ilə əlaqədar İmam Rzanın (ə) buyurduğu kifayətdir. O Həzrət (ə) buyurub: «Həqiqətən Fatimə (ə) düz danışan və şəhiddir».[21] Bunun üçün aşağıdakı mənbələrə müraciət edə bilərsiniz:
«Məzar» Şeyx Müfid, səh. 156.
«Muqniə» Şeyx Müfid, səh. 459.
«Bələdul-əmin» səh. 198-278.
«Biharul-ənvar» cild 25, səh. 373. cild 28, səh. 261. 268. 270.
cild 43, səh. 170, 197, 200. cild 53, səh. 23, cild 97, səh. 197-197.
«Misbahuz-zair» səh. 25-26.
«Misbahul-mütəhəccid» səh. 654.
«Mən la yəhzəruhul-fəqih» cild 2, səh. 574.
«Təhzibul-əhgam» Tusi, cild 6, səh. 10.
«Əl-vafi» cild 14, səh. 1370-1371.
«Camiu əhadisiş-şiə» cild 12, səh. 264.
«Əlqabur-Rəsul və itrətih (ə)» səh. 39-43.
Bu gündə şiələr o Həzrətin (ə) əza məclisini keçirməli, onu ziyarət edib haqqını qəsb edən zalımları və qəsbkarları lənətləməlidir.
Mənbələr
[1] Təbərsi – Elamul-vəra, c 1, səh 300, Əbil Həsən İrbili – Kəşful-ğəmmə, c 1, səh 503, Şeyx Müfid – Məsaruş-şiə, səh 31, Şeyx Bəhauddin Amuli – Tovzihul-məqasid, səh 13, Şeyx Kəfəmi – Əl-Misbah, c 2, səh 597, Şeyx Tusi - Misbahul-mütəhəccid, səh 732, Əllamə Məclisi – Biharul-ənvar, c 43, səh 195, c 97, səh 375
[2] Şeyx Kuleyni – Əl-Kafi, c 3, səh 475
[3] Əllamə Əli Nəmazi Şəhrudi – Mustədrəku səfinətil-bihar, c 2, səh 85
[4] Beytul-əhzan, səh 247-262, Əllamə Məclisi – Biharul-ənvar, c 43, səh 171, Mühəddis Qumi - Feyzul-əlam, səh 258-263, Zəbihullah Məhəllati - Rəyahinuş-şəriə, c 1, səh 251-293, Məsatuz-Zəhra (ə), c 2, səh 18, 31, 45, 48, 49, Seyyid Əbdürrəzzaq Musəvi – Vəfatu Fatimətis-siddiqətiz-Zəhra, səh 104-105, Şeyx Əbdullah Bəhrani – Əvalimul-ulum, səh 1057-1121
[5] Firuzabadi – Səbətun minəs-sələf, səh 253
[6] Əllamə Məclisi – Biharul-ənvar, c 43, səh 183
[7] Əllamə Məclisi – Biharul-ənvar, c 43, səh 212, Mir Cəhani – Cənnatul-asimə, səh 350, Nişapuri – Rövzətul-vaizin, səh 130
[8] Əbu Cəfər ibn Şəhraşub – Mənaqibi ali Əbu Talib (ə), c 3, səh 406
[9] Əllamə Məclisi – Biharul-ənvar, c 43, səh 217
[10] Əbu Cəfər ibn Şəhraşub – Mənaqibi ali Əbu Talib (ə), c 3, səh 406
[11] Əllamə Məclisi – Biharul-ənvar, c 22, səh 545, Əbu Cəfər ibn Şəhraşub – Mənaqibi ali Əbu Talib (ə), c 3, səh 406, Şeyx Kuleyni – Əl-Kafi, c 2, səh 474 , Qutbuddin Ravəndi – Əl-xəraic vəl cəraih, c 2, səh 526
[12] Əllamə Məclisi – Biharul-ənvar, c 43, səh 188-215
[13] Əllamə Məclisi – Biharul-ənvar, c 43, səh 170-196, Mühəddis Qumi (Əbdul Xaliq ibn Abdur Rəhim Yəzdi) - Beytul-ehzan, səh 261
[14] İbn Quteybə - Əl-məarif, səh 62
[15] Əllamə Məclisi – Biharul-ənvar, c 43, səh 171, Dəlailul-imamət, səh 46
[16] Seyyid Əbdürrəzzaq Musəvi – Vəfatus Fatimətis-siddiqətiz-Zəhra, səh 115, Əbu Cəfər ibn Şəhraşub – Mənaqibi ali Əbu Talib (ə), c 3, səh 406
[17] Əllamə Məclisi - Zadul-məad, səh 35
[18] Müctəhid Bircəndi – Vəqayiuş-şuhur, səh 126
[19] Əllamə Məclisi – Biharul-ənvar, c 43, səh 214, Şəblənci Şafei – Nurul-əbsar, səh 42, İbn Həcər Əskəlani – Əl-isabə, c 4, səh 380
[20] Seyyid Əbdürrəzzaq Musəvi – Vəfatus Fatimətis-siddiqətiz-Zəhra, səh 115
[21] Şeyx Kuleyni – Əl-Kafi, c 2, səh 475




