Mövlud Hicri-qəməri: 20 Cəmadiyəs-sani Miladi:

Həzrət Zəhranın (a) mövludu

Həzrət Zəhranın (a) mövludu

Besətin 5-ci ili Məkkə şəhərində Həzrəti Fatimə (s) dünyaya göz açıb.[1] Başqa bir rəvayətə əsasən o Həzrətin (ə) mövludu cəmadis-sani ayının 10-u baş verib.[2]

Fatimənin (ə) nütfəsinin yaranması.[3]

Bu əhvalat barəsində bir neçə mərhələ mövcuddur. Xülasə şəkildə onlardan bəzisini qeyd edirik:

1.Merac gecəsində Allah Təala Peyğəmbərə (s) bir alma hədiyyə verdi. Onun əzəmətli yaranışından, iyindən, rəngindən və gözəlliyindən mələklər təəccüblü qaldılar. Allah Təala buyurdu ki, Peyğəmbər (s) onu yesin. Peyğəmbər (s) almanı kəsdikdə bir nur parıldamağa başladı. Cəbrail (ə) dedi: -Ye, ey Allahın Rəsulu (s). Bu, Fatimənin nurudur. O, sənin qızın olacaq.[4] Başqa bir rəvayətdə qeyd olunub ki, Peyğəmbər (s) behişt xurmasından da yeyib.[5]

2.Dördüncü il şəban ayının 10-da Cəbrail (ə) nazil olaraq Peyğəmbərə (s) göstəriş verdi ki, Həzrət Xədicədən (ə) 40 gün uzaqlaşsın. (Bu həzrəti Fatimənin nütfəsinin əmələ gəlməsi ilə əlaqədar idi[6]).

Həzrət Məhəmməd (s) Xədicəyə çox bağlı olduğundan bu, ona çətin olsa da, ona xəbər göndərdi ki, bir müddət evə gəlməyəcəyəm, Fatimə binti Əsədin (ə) evinə gedirəm.

Peyğəmbər (s) gecələr Fatimə binti Əsədin (ə) evinə gələrdi. Hər gecə iftar vaxtı behiştdən xurma, üzüm və behişt yeməkləri gələrdi. Peyğəmbərin (s) göstərişi ilə Əli (ə) qapının qarşısında əyləşərdi ki, heç kim içəri daxil olmasın. Həzrət Əli (ə) Peyğəmbərlə (s) o yeməklərdən yeyərdi.

40-cı gecə əmr gəldi ki, Peyğəmbər (s) Xədicənin evinə getsin. Allah tərəfindən vəhy gəldi: Allah öz cəlalına and içib ki, bu gecə sənin sülbündən pak bir nəsil xəlq edəcək.

Xədicənin (ə) hamiləlik dövrü.

Həzrət Xədicə (ə) hamilə olan vaxt Həzrət Fatimə (ə) anası ilə söhbət edər, ona dəstək verərək səbr və dözümə dəvət edərdi.

Peyğəmbər (s) Xədicəyə buyurdu: -Cəbrail (ə) mənə müjdə verib ki, bu uşaq qızdır. O, pak və bərəkətlidir. Allah Təala mənim nəslimi ondan davam etdirəcək. Onun nəslindən ümmətin içində İmamlar qərar verəcək ki, vəhy sona çatdıqdan sonra yer üzərində onun canişinləri olsunlar.

Hamiləlik dövrü başa çatdıqda Xədicə Qüreyş qadınlarını köməyə çağırsa da heç kim köməyə gəlmədi. Onlar Xədicə (ə) ilə Peyğəmbərin evlənməsinə razı deyildilər. Xədicə (ə) onların bu hərəkətindən çox kədərləndi.

Bu zaman Bəni Haşim qadınlarına bənzər dörd uca qamətli qadınlar onun yanına gəldilər. Onlardan biri Xədicəyə (ə) dedi: «Ey Xədicə! Qəmgin olma, biz Allahın elçiləri, sənin bacılarınıq. Mən Sara, bu isə Məzahimin qızı Asiyadır, səninlə birlikdə behiştdə olacaq. Bu, İmranın qızı Məryəm, digəri isə Şueybin qızı Səfuradır. Allah bizi göndərib ki, qadın işlərində sənə kömək edək».[7]

Onlardan biri sol tərəfində, biri qarşısında, o biri isə arxa tərəfində əyləşdi.

Fatimənin (ə) dünyaya gəlməsi.

Xədicəyi Kubra (ə) Fatiməni (ə) pak-pakizə dünyaya gətirdi. Bu vaxt ondan bir nur şölələnərək bütün Məkkə evlərini işıqlandırdı və bu nur Şər və Qərbdə parıldadı. Xədicənin (ə) qarşısında əyləşən qadın Fatiməni (ə) Kövsər suyu ilə yudu. Süddən ağ, müşkdən daha ətirli bir parça götürərək onu bələdi, digər bir parçanı isə başına örtdü. Sonra ondan danışmağını istədi.

Həzrət Fatimə (ə) danışmağa başladı: «Şəhadət verirəm ki, Allahdan başqa bir məbud yoxdur. Atam Allahın elçisidir və peyğəmbərlərin ağasıdır. Həyat yoldaşım isə canişinlərin, nəvələrimin ağasıdır». Sonra onların hər birinə salam verdi və adları ilə çağırdı. Onlar onun üzünə təbəssümlə nəzər etdilər. Hurul-eynlər və behişt sakinləri bir-birlərinə Həzrət Fatimənin (ə) mövludu ilə əlaqədar müjdə verdilər. Səmada bir nur şölələnməyə başladı. Mələklər o günə kimi belə bir nur görməmişdirlər. Elə buna görə, Həzrətin (ə) adını «Zəhra» qoydular. Xədicənin (ə) qarşısında əyləşən qadın ona dedi: «Onu pak pakizə, aram və bərəkətli halda götür ki, onun nəslində bərəkət qərar verilib.» Xədicə (ə) şadlıq və sevinclə Həzrət Zəhranı (ə) onun əlindən aldı. Ona süd verdi. Fatimə (ə) böyüməyə başladı.[8]

Mənbələr

[1] Şeyx Kuleyni – Əl-Kafi, c 2, səh 381, Təbərsi – Elamul-vəra, c 1, səh 290, İbn Əbis-səlc Bağdadi – Tarixul-əimmə (ə), səh 6, Əbil Həsən İrbili – Kəşful-ğəmmə, c 1, səh 449, Mühəddis Qumi - Feyzul-əlam, səh 273, Əli ibni Yusif ibni Mütəhhər Hilli - Əl-ədədul-qəviyyə, səh 337, Şeyx Kəfəmi – Əl-Misbah, c 2, Şeyx Tusi – Misbahul-mutəhəccid, səh 732, Əllamə Məclisi – Biharul-ənvar, c 95, səh 196, c 97, səh 199, Əvalimul-ulum, Səyyidətul-nisai Fatimətuz-Zəhra (ə) cildi, səh 66-67, Zəbihullah Məhəllati – Rəyahinuş-şəriə, c 1, səh 59, Əllamə Məclisi – Biharul-ənvar, c 43, səh 10, 14, 17, 19, Əllamə Əli Nəmazi Şəhrudi – Mustədrəku səfinətil-bihar, c 2, səh 85

[2] Əllamə Məclisi – Biharul-ənvar, c 97, səh 202

[3] Bu mövzu ilə əlaqədar bəzi mənbələrə işarə olunur: Əllamə Məclisi – Biharul-ənvar, c 42, səh 18, Əbul Qasim Fərat ibn İbrahim Kufi - Təfsiri Fərat, səh 321, 322, Əllamə Məclisi – Biharul-ənvar, c 8, səh 120, c 18, səh 364, c 42, səh 42, Şeyx Səduq – Məanil-əxbar, səh 396, Şeyx Səduq – Tövhid, səh 118, Şeyx Səduq – Əmali, səh 373, Əvalimul-ulum, c 11, səh 10, Əllamə Məclisi – Biharul-ənvar, c 36, səh 361, Əbul Qasim Fərat ibn İbrahim Kufi - Təfsiri Fərat, səh 211, 216, Əbu Cəfər Məhəmməd ibn Cərir Rüstəm Təbəri – Dəlailul-imamə, səh 52, Şeyx Səduq – İləliş-şəraye, c 1, səh 183, Əllamə Məclisi – Biharul-ənvar, c 43, səh 5, Əbul Qasim Süleyman ibn Əhməd Təbərani – Əl-mucəmul-kəbir, c 22, səh 400, Ət-təraif, səh 27, Xətib Bağdadi – Tarixi Bağdad, c 5, səh 87, Hüseyn Diyarbəkri – Tarixul-xəmis, c 1, səh 277, Məhəmməd ibn Süleyman Kufi – Mənaqibul-imam Əmiril Muminin, c 2, səh 206, Zəhəbi – Mizanul-etidal, c 1, səh 252, c 2 səh 297, Əsqəlani –Lisanul-mizan, c 4, səh 36, Uyunul-əxbar fi mənaqibil-əxyar, səh 45

[4] Əllamə Məclisi – Biharul-ənvar, c 42, səh 18, Mühəddis Qumi - Beytul-ehzan, səh 7, Əvalimul-ulum, Səyyidətul-nisai Fatimətuz-Zəhra (ə) cildi, səh 36-37

[5] Əvalimul-ulum, Səyyidətul-nisai Fatimətuz-Zəhra (ə) cildi, səh 37

[6] Zəbihullah Məhəllati – Qəlaidun- nehvər, Şəvval cildi, səh 398

[7]Bəzi rəvayətlərdə Həvvanın adıda qeyd olunub

[8] Əllamə Məclisi – Biharul-ənvar, c 16, səh 80

Teqlər