Həzrət Ümmül Bəninin (ə) vəfatı
Həzrət Ümmül Bəninin (ə) vəfatı
Hicrətin 64-cü ili bu gün Həzrət Ümmül Bənin (ə) (Əlinin (ə) həyat yoldaşı və Əbülfəzl Əbbasın (ə) anası) dünyadan köçüb.[1]
Həzrətin (ə) mübarək adı Fatimə, künyəsi Ümmül Bənindir. Atası Həzam ibni Xalid, anası isə Şahid ibn Əbi Amirin qızı Leyladır.
Həzrət Əmirəl-möminin (ə) onunla ailə həyatı qurdu. Allah Təala ona 4 oğlan uşağı bəxş etdi. Həzrət Abbas (ə), Abdullah, Cəfər və Osman. Bu dörd oğul Kərbəlada şəhid oldular.
Kərbəladan Mədinəyə qayıdan qadınlar Ümmül Bəninin (ə) evində əzadarlıq edirdilər. O, Həzrət (ə) Kərbəlada iştirak etməsə də, ağlayıb nalə edər, hər gün Bəqiyə gedib ürək yandırıcı mərsiyə oxuyardı. Qadınlar ona Ümmül Bannn (a) deyərək xitab edib təsəlli verəndə «Məni daha Ümmül Bənin çağırmayın» -deyə buyurardı.
Həzrət (ə) ömrünün sonuna kimi ağladı.[2]
Mənbələr
[1] Seyid Məhdi Səvic – Ummil Bənin Səyyidətu nisail-ərəb, səh 84
[2] Zəbihullah Məhəllati – Rəyahinuş-şəriə, c 3, səh 294




