Vəfat Hicri-qəməri: 5 Rəbiül-əvvəl Miladi:

Həzrət Səkinənin (ə) vəfatı

Həzrət Səkinənin (ə) vəfatı

İmam Hüseynin (ə) qızı Həzrət Səkinə Kərbəla hadisəsindən 56 il sonra rəbiul əvvəl ayının beşininci gecəsində (hicrətin 117-ci ili) Mədinədə vəfat etdi.[1] Anası Həzrət Rübabdır (ə). Birlikdə Kərbəla hadisəsində iştirak ediblər və əsirlərlə Kufəyə və Şama gediblər.

O, vəfat edən gün Məhəmməd İbni Abdullah (Nəfsi Zəkiyyə) dörd yüz dinarlıq ətir və ud aldı və tabutun ətrafındakı qəndillərdə yandırdı. Mədinənin hakimi Xalid İbni Əbdül Məlik dəfni gecikdirmək üçün dedi: -Səbr edin, mən cənazəyə namaz qılmaq üçün gəlirəm. Amma gəlmədi. Hava çox isti idi. O, istəyirdi ki, istilik cənazəyə təsir etsin. Elə buna görə onun mübarək cənazəsi axşama kimi dəfn olunmadı. Ondan sonra Həzrət Səccad (ə) (digər rəvayətə əsasən isə Yəhya İbn Həsən (ə) və ya Məhəmməd İbn Abdullah Nəfsi Zəkiyyə) onun cənazəsinə namaz qıldı və ehtiramla onu torpağa tapşırdı.[2]

Mənbələr

[1] Zəbihullah Məhəllati – Qəlaidun- nehvər, Rəbiul əvvəl cildi, səh 26, Mühəddis Qumi - Feyzul-əlam, səh 206, Əllamə Əli Nəmazi Şəhrudi – Mustədrəku səfinətil-bihar, c 4, səh 67, Zəbihullah Məhəllati – Rəyahinuş-şəriə, c 3, səh 280

[2] Mühəddis Qumi - Feyzul-əlam, səh 205-206, Zəbihullah Məhəllati – Rəyahinuş-şəriə, c 3, səh 280, 282

Teqlər