Vəfat Hicri-qəməri: 8 Səfər Miladi:

Həzrət Salmanın vəfatı

Həzrət Salmanın vəfatı

Hicrətin 36-cı ilində Həzrət Salman 250 yaşında (bir rəvayətə əsasən 350 yaşında[1] Mədinədə dünyadan köçüb.[2] Ona Səlman ibn İslam, Səlmani-pak və Səlmani-Məhəmmədi ləqəbləri veriblər.[3] Ona xitab edərək deyiblər: «Salam olsun sənə, ey imanını Əhlibeytə bağlayan kəs!»[4]

Əmirəl-möminin Əli (ə) buyurub: «Səlman o kəslərdəndir ki, Həzrət Zəhraya (ə) namaz qıldı».[5]

Həmçinin İmam Sadiq (ə) buyurub: «Səlman əvvəl və axırın elmini dərk etdi. O, elə bir dəryadır ki, hər kəs ondan bəhrələnə bilmir. O, biz Əhlibeytdəndir»[6]

Bu böyük şəxsiyyətin həyatı müxtəlif kitablarda bəyan olunub. Onun necə məqama sahib olduğunu bilmək üçün bunu bilmək kifayətdir ki, Əli (ə) onu qüsl verərək kəfənlədi və ona namaz qılıb dəfn etdi.[7]

Cəbrail (ə) Peyğəmbərə (s) buyurdu: «Behiştin Səlmana olan istəyi, onun behiştə olan istəyindən daha çoxdur.»[8]

Mənbələr

[1] Məhəmməd Hirzuddin - Məraqidul-məarif, c 1, səh 355

[2] Məhəmməd Baqir Məlbubi – Əl-vəqayə vəl-həvadis, Səfər cildi, səh 270, Əllamə Əli Nəmazi Şəhrudi – Mustədrəku səfinətil-bihar, c 6, səh 294

[3] Səlman ibn İslam, səh 1

[4] Səlmanın ziyarətindən bir hissə, Əllamə Məclisi – Biharul-ənvar, c 99, səh 289, Nəfsur-rəhman fi fəzaili Səlman, səh 640

[5] Şeyx Müfid – Əl-ixtisas, səh 4

[6] Şeyx Müfid – Əl-ixtisas, səh 8

[7] Məhəmməd Baqir Məlbubi – Əl-vəqayə vəl-həvadis, c 5, səh 325

[8] Əllamə Məclisi – Biharul-ənvar, c 18, səh 135

Teqlər