Şəhadət Hicri-qəməri: 5 Səfər Miladi:

Həzrət Rüqəyyanın (ə) şəhadəti

Həzrət Rüqəyyanın (ə) şəhadəti[1]

Hicrətin 61-ci ilində Səfər ayının 5-də Həzrət Rüqəyya (ə) məzlumcasına şəhadətə çatdı. Mübarək adları «Rüqəyya», «Fatimə», «Zeynəb»-dir. Atası şəhidlər ağası İmam Hüseyn (ə), anası isə Ümmi İshaqdır.

O, Mədinədə dünyaya gəlib. Üç yaşında atası ilə Kərbəlaya gəldi. İmam Hüseyn (ə) ona ürəklə bağlı olduğundan Aşura hadisəsindən qabaq onu bacısı Həzrət Zeynəbə (ə) vəsiyyət edib. Əhlibeytin, əshabın və İmam Hüseynin (ə) şəhadətindən sonra əsirlərlə bərabər Kufəyə və Şama aparıldı. Şama gedən yolda 40 mənzildə çoxlu əziyyətlər çəkdi. Şamda atasının nurani başını gördükdən sonra xarabada o qədər nalə edib ağladı ki, dünyasını dəyişdi. Onun bədənini gecə dəfn etdilər.

Ən qədim mənbələrdə onun adı Rüqəyya kimi qeyd olunur.

Onun varlığı və hazırki hərəmdə dəfn olunması, həmçinin burada baş vermiş möcüzələr və kəramətlər barəsində çoxlu sözlər nəql olunub. Onların sənəd və şahidlərini bir qismini aşağıda qeyd edirik.[2]

Mənbələr

[1] Məhəmməd Baqir Məlbubi – Əl-vəqayə vəl-həvadis, c 5, səh 70, 74, 75, 81, Seyyid Məhəmməd Cavad Zehri Tehrani – Əz Mədinə ta Mədinə, səh 963-965

[2] Əbsarul-uyun fi ənsaril-Huseyn (ə), səh 368, Əbil Həsən İrbili – Kəşful-ğəmmə, c 2, səh 216, Əvalim, İmam Hüseyn (ə) cildi, səh 331, İmadzadə - Zendeqaniye çəhardəh Məsum (ə), c 1, səh 633, Şeyx Abbas Qumi – Nəfsul-məhmum, səh 414, Əbdülvəhhab ibn Əhməd Şafii Misri Şəhrani – Kitabul-minən, Qazi Nurullah Huseyni Tüstəri – Ehqaqul-Həqq, c 11, səh 633, Məhəmməd Baqir Məlbubi – Əl-vəqayə vəl-həvadis, c 3, səh 192, Həzrət Ruqəyya (ə), çavuşi Kərbəla, suqnameye ali Muhəmməd (s), səh 341, Səməratul-həyat, c 2 səh 38, Muxtəsəre tarixe Dəməşq, c 9, səh 174, Bəhrul-ğəraib, c 2, Sədruddin Vaiz Qəzvini – Riyazul-qüds, c 2, səh 237, Zeynəb (ə) furuği-tabani-kövsər, səh 370, Ənvaruş-şəhadət, səh 242, Təhqiq dər bəraye əvvəlin ərbəine həzrət Seyyiduş-şuhəda, səh 685

Teqlər