Həzrət Müslimin (ə) Kufəyə tərəf hərəkət etməsi
Həzrət Müslimin (ə) Kufəyə tərəf hərəkət etməsi
Hicrətin 60-cı ili bu gün İmam Hüseyn (ə) Müslim ibn Əqili Kufəyə göndərdi. Onunla kufəlilərin məktublarının cavabını göndərmişdi. Məktubun məzmunu belə idi: «Sizə qardaşım, əmim oğlu, əhli-beytimin etimadlı şəxslərindən olan Müslim ibn Əqili göndərirəm. Əgər o, sizin yazdıqlarınızı böyüklərinizin və alimlərinizin qəbul etdiyini yazıb mənə bildirsə, tezliklə sizin yanınızda olacağam, inşaallah.»[3]
Mənbələr
[3] Mühəddis Qumi - Feyzul-əlam, səh 35




