Şəhadət Hicri-qəməri: 15 Şəvval Miladi:

Həzrət Həmzənin (ə) şəhadəti

Həzrət Həmzənin (ə) şəhadəti

Bu döyüşdə Peyğəmbərin (s) əmisi Həmzə ibn Əbdül Müttəlib şəhadətə çatdı. O, Peyğəmbərin (s) süd qardaşı idi. Hər ikisi bir qadından süd içmişdilər.[10]

Həmzə heybətli, şücaətli bir şəxs idi. Döyüş zamanı Əbu Süfyanın həyat yoldaşı Hindin göstərişi ilə və Vəhşinin əliylə öldürüldü. Bədr müharibəsində Hindin atası, qardaşı, əmisi öldürülmüşdü. O, qisas almaq üçün Peyğəmbərin (s) anasının qəbrini açmaq istədi. Amma kafirlər qəbrin açılmasından qorxduqları üçün buna manecilik törətdilər. Buna görə Hind Vəhşiyə vədlər verib peyğəmbəri (s), ya Əlini (ə) və ya Həmzəni öldürməyə həvəsləndirdi.

Vəhşi dedi: «Peyğəmbəri (s) və əmisi oğlu Əlini (ə) öldürməyə acizəm. Amma Həmzəni öldürmək üçün pusquda dayanaram».

O, döyüş meydanında nizəni Həmzənin sinəsinə vurub onu şəhadətə çatdırdı. Xəbər Hində çatdıqda göstəriş verdi ki, sinəsini yarıb ciyərini çıxarsınlar. Həmzənin ciyərini dişləmək istədikdə, dişləri donub qaldı. Həmçinin, Həmzənin başının bir neçə üzvünü xəncərlə kəsdi.

Peyğəmbər (s) Həmzəni bu halda gördükdə ağladı. Əbasını onun üstünə örtdü ki, bacısı Səfiyyə onu bu halda görməsin.

Əmirəl-möminin (ə), Fatimə, Səfiyyə və başqaları da ağladılar.[11] Peyğəmbər (s) ona namaz qılıb, Ühüddə dəfn etdi. 40 ildən sonra Müaviyə Ühüddən bir su kanalı çəkmək istədi. İş gedərkən bel Həmzənin qəbrinin ayaq tərəfinə toxunduqda dərhal qan axmağa başladı.

Həzrət Rza (ə) Allahın Rəsulundan (s) nəql edir: «Ən yaxşı qardaşım Əli, ən yaxşı əmim Həmzədir.»[12]

Mənbələr

[10] Əllamə Məclisi - Biharul-ənvar, c 15, səh 281

[11] Əllamə Məclisi - Biharul-ənvar, c 20, səh 55

[12] Şeyx Səduq - Uyuni əxbarir-Rza (ə), c 2, səh 61, Zəbihullah Məhəllati - Rəyahinuş-şəriə, c 4, səh 350

Teqlər