Mövlud Hicri-qəməri: 10 Rəcəb Miladi:

Həzrət Əli Əsğərin (ə) mövludu

Həzrət Əli Əsğərin (ə) mövludu

Hacətlər qapısı Həzrət Əli Əsğərin (ə) mövludu rəcəb ayının 10-da baş verib.[8] Kərbəla hadisəsində onun altı aylığında şəhadətə çatması mövludunun bu günə təsadüf etdiyinə sübutdur. Bəziləri isə o Həzrətin (ə) mövludunu ayın 8-i və ya 9-da olduğunu qeyd ediblər.

O, Əli Əsğər (ə) kimi məşhurlaşsa da adı Abdullahdır. Ləqəbləri: Babul Həvaic, Rəzidir. Atası İmam Hüseyn (ə), anası Həzrət Rübabdır.

Həzrət Əli Əsğərin qatili Hərmələ ibn Kahil Əsədidir. O, bu pis əməli ilə İmam Hüseynin (ə), Əhlibeytin (ə) və bütün şiələrin qəlbini yandırdı.

Mənbələr

[8] Məhəmməd Riza Şəriətzadə Taliqani – Təqvimul-əimmə (ə) ya ruz şomare dini, səh 73, 78, Səhabi-rəhmət, səh 316

Teqlər