Həzrət Əli Əkbərin (ə) mövludu
Həzrət Əli Əkbərin (ə) mövludu
Hicrətin 33-cü ili Peyğəmbərlərin sonuncusuna ən çox oxşar şəxs Həzrət Əli Əkbər (ə) dünyaya göz açıb. Adı - Əli, atası - İmam Hüseyn (ə), anası isə Leyla xanımdır.[1] İmam Sadiqin (ə) buyurduğuna əsasən onun künyəsi Əbəl Həsəndir.[2]
Rəvayətlərə əsasən Əli Əkbər (ə) izdivac edib.[3] İmam Sadiqdən (ə) nəql olunan ziyarətdə oxuyuruq: «Səlləllahu əleykə və əla itrətikə və əhli bəytikə və abaikə və əbnaikə və ümməhatikəl əxyar. Əl-ləzinə əzhəbəllahu ənhumur-ricsə və təhhərəhum təthira.» Ziyarətdə «əbna» (oğullar) kəlməsi dəlalət edir ki, onun hətta ikidən artıq övladı olub.[4] Kərbəla hadisəsində Əli Əkbərin (ə) yaşı 27-dən keçmişdi.[5]
Mənbələr
[1] Əbdurrəzzaq Musəvi Muqrim - Əli Əkbər (ə), səh 15-16
[2] İbn Qavlaveyh - Kamiluz-ziyarat, səh 240
[3] Əbdurrəzzaq Musəvi Muqrim - Əli Əkbər (ə), səh 19
[4] Əbdurrəzzaq Musəvi Muqrim - Əli Əkbər (ə), səh 20
[5] Əbdurrəzzaq Musəvi Muqrim - Əli Əkbər (ə), səh 16




