Vəfat Hicri-qəməri: 29 Zilhiccə Miladi:

Həzrət Əbuzərin vəfatı

Həzrət Əbuzərin vəfatı

Hicrətin 32-ci ili bu ayda Əbuzər Rəbəzədə dünyadan köçdü.[2] O, İslamı qəbul edən 3-cü, 4-cü və ya 5-ci şəxsdir. Bundan sonra öz qəbiləsinə qayıdıb. Buna görədə Bədr, Ühud və Xəndək döyüşlərində iştirak etməyib. Bu 3 müharibədən sonra Peyğəmbərin (s) yanına gələrək Həzrətin şəhadətinə qədər yanında qalıb.

Əbuzər Peyğəmbərin (s) yanında böyük məqam sahibi idi. Peyğəmbər (s) Əbuzəri ümmətin dostu bilirdi. Hədislərdən məlum olur ki, məsumlardan sonra səhabələrin arasında Salman Farsi, Əbuzər Ğəffari və Miqdad kimi böyük məqam sahibi olan şəxs olmayıb.

İmam Kazim (ə) buyurur: «Qiyamət günü Allah tərəfindən bir nida gələcək: «Haradadırlar Məhəmmədin (s) yolunda düz qalan və onun peymanını sındırmayan həvariləri?» Bu zaman Salman, Əbuzər və Miqdad ayağa qalxacaq».

Osman xilafəti qəsb etdikdə Əbuzər Şamda idi. O, Müaviyənin dünyapərəstliyini və zülmünü gorür və sakit dayana bilmirdi. Buna görə Müaviyəni danlayır, pisliklərini deyir, camaatı isə Peyğəmbarin (s) haqq xəlifəsi olan Əlinin (ə) vilayətinə çağırırdı, onun fəzilətlərini Şam əhlinə bəyan edirdi. Nəticədə Əbuzərdən sonra bir çoxu şiəliyi qəbul etmişdi.

Müaviyə Əbuzərin vəziyyətini Osmana xəbər verdi. Osman cavabında bildirdi ki, Əbuzəri bir miniyə mindirib nümayəndə ilə birlikdə tez bir zamanda Mədinəyə göndərsin. Müaviyə yaşlı Əbuzəri Osmanın dediyi kimi Mədinəyə yola saldı. Əbuzər Mədinəyə çatdıqda yolun çətinliyindən, dəvənin yəhərsiz olmasından çox əziyyət çəkmişdi. Bu vəziyyətdə, Osmanın yanına gəldi. Osman ona burada çox zülm etdi və sonda onun Rəbəzəyə sürgün olunmasına əmr verib dedi: «Əbuzərin dinin hökmlərini camaat üçün bəyan etməyə haqqı yoxdur. Mədinədən çıxarkən heç kim onunla yol yoldaşı olmasın».

Bu xəbər Əliyə (ə) çatdıqda o qədər ağladı ki, göz yaşları saqqalını islatdı və buyurdu: «Məgər Peyğəmbər (s) səhabəsi ilə belə rəftar edərlər?»

Sonra Həzrət Əli (ə) Həsən (ə), Hüseyn (ə), Əqil və Əmmarla Əbuzəri müşayiət etməyə getdilər və hər biri Əbuzərə dayaq olacaq sözlər dedi. Mərvan buna mane olmaq istəsə də Əli (ə) onu oradan uzaqlaşdırdı.

Əbuzər öz ailəsi ilə birlikdə Rəbəzəyə getdi. Orada övladı və Peyğəmbərin əmisi qızı olan həyat yoldaşı vəfat etdi. Qızına öz vəfatı barədə də xəbər verdi. Təbukdan qayıdarkən bunu Allahın Rəsulu (s) ona xəbər vermişdi.

Əbuzərin vəfatından sonra İraqdan bir karvan gəldi. Karvanda olan Abdullah ibn Məsud ona namaz qıldı və Malik Əştərin vasitəsi ilə kəfənlənib dəfn edildi.[3]

Mənbələr

[2] Əllamə Əmini - Əl-Ğədir, c 8, səh 322, İbn Kəsir - Əl-bidayə vən-nihayə, c 7, səh 185, Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 15

[3] Molla Haşim Xorasani - Müntəxəbut-təvarix, səh 32, Məhəmməd Hirzuddin - Məraqidul-məarif, c 1, səh 101-102

Teqlər