Həzrət Əbdül Əzimin vəfatı
Həzrət Əbdül Əzimin vəfatı
Hicrətin 252 və ya 255-ci ilində Həzrət Əbülqasim Əbdül Əzim Həsəni vəfat edib.[18] O, Abdullah ibn Əli ibn Həsən ibn Zeyd ibn Həsən ibn Əli ibn Əbu Talibin (ə) övladıdır.[19] Əbdül-Əzim məşhur alimlərdən biri idi. Böyük mühəddislərdən və zahid şəxslərdən sayılırdı. İmam Cavad (ə) və İmam Hadidən (ə) rəvayət nəql edirdi.[20] «Xutəbi-Əmirilmuminin (ə)» və «Əlyəvm vəleyl» onun əsərləridir.[21] Həzrət Hadinin (ə) onun barəsindəki buyurduqlarından Əbdül-Əzimin necə məqam və fəzilətə sahib olduğu məlum olur.
O, Abbasilərin qorxusundan tanınmaz şəkildə Rey şəhərinə daxil olub şiələrin birinin evində yaşamağa başladı.[22] Ölənə kimi onun kim olduğunu bilmədilər. Yalnız dünyadan köçdükdən sonra ona qüsl vermək istədikdə libasının içindən yazı tapdılar. Orada öz nəsibini kim olduğunu yazmışdı. Qəbri Rey şəhərində məşhurdur.
Atası Həzrət Abdullah «Abdullah Qafə» adı ilə məşhurdur. «Qafə» yer adıdır. Cənab Abdullah atası Həsən ibn Zeyd tərəfindən oranın hakimi seçilmişdi.
Həzrət Əbdül Əzimin həyat yoldaşı Qasim ibn Həsən ibn Zeyd ibn Həsən ibn Əli ibn Əbu Talibin (ə) qızı Xədicədir.[23] Bəziləri Tehranın şimalındakı Qasim İmamzadəsini Xədicənin atası Qasimin qəbri olduğunu bildirirlər.[24]
Mənbələr
[18] Məhəmməd Hirzuddin - Məraqdul-məarif, c 2, səh 52, Əllamə Əli Namazi Şahrudi - Müstədrəkatu elmir-ricalil-hədis, c 2, səh 424, 426
[19] Əllamə Əli Nəmazi Şəhrudi - Mustədrəku səfinətil-bihar, c 6, səh 66, Müctəhid Bircəndi - Vəqayiuş-şuhur, səh 201
[20] Əbdül Hüseyn Şəbustəri - Səbilur-rəşad iləl-əshabil-imamil-Cəvad (ə), səh 175, Məhəmməd Hirzuddin - Məraqdul-məarif, c 2, səh 54
[21] Əbdül Hüseyn Şəbustəri - Səbilur-rəşad iləl-əshabil-imamil-Cəvad (ə), səh 175, Məhəmməd Hirzuddin - Məraqdul-məarif, c 2, səh 54
[22] Əbdül Hüseyn Şəbustəri - Səbilur-rəşad iləl-əshabil-imamil-Cəvad (ə), səh 175, Məhəmməd Hirzuddin - Məraqdul-məarif, c 2, səh 54
[23] Zəbihullah Məhəllati - Rəyahinuş-şəriə, c 4, səh 197,
[24] Zəbihullah Məhəllati - Rəyahinuş-şəriə, c 4, səh 197, c 5, səh 106




