Həzrət Abbasın (ə) mövludu
Həzrət Abbasın (ə) mövludu
Hicrətin 26-cı ili bu gün Kərbəla saqisi, Bəni-Haşimin nurlu ayı Həzrət Əbülfəzl Abbas (ə) dünyaya göz açıb.[1] Onun məşhur adı Abbasdır. Həmçinin Əbulfəzl, Əbulqurbə, Qəməri-Bəni Haşim, Babul-həvaic, Əbdüssaleh və Səqqa da deyirlər.[2] Atası Əli (ə), anası Ümmül Bənin Fatimədir.
Həzrət Abbas (ə) xoş üzlü və gözəl olduğu üçün ona «Bəni Haşimin ayı» ləqəbini veriblər. O, uca boylu və güclü idi. İmam Həsən (ə) və İmam Hüseyndən (ə) sonra İmam Əlinin (ə) şücaətdə və qəhrəmanlıqda ilk övladı idi. O, Kərbəla ələmdarı və İmam Hüseynin (ə) ordusunun sərkərdəsi idi.[3]
Mənbələr
[1] Məhəmməd İbrahim Nəcəfi - Əl-xəsaisul-Əbbasiyyə, səh 66, Əbdurrəzzaq Muqrim - Qəməri Bəni Haşim (ə), səh 18
[2] Əl-Əbbas, səh 164
[3] Zəbihullah Məhəllati (və ya Xiyabani) - Vəqayiul-əyyam, səh 422




